Almaniyanın Saksoniya Federal torpağında koronavirus karantinini dəfələrlə pozan şəxslərin yerləşdirilməsi üçün xüsusi həbsxana yaradılacaq.

Az.shafaqna.com “Bild”ə istinadla xəbər verir ki, bu məqsədlə 2017-ci ildə Drezdendə qaçqınların yerləşdirilməsi üçün inşa edilən mərkəz yenidən qurulacaq.
Qeyd edək ki, ötən ilin baharında Saksoniyanın səhiyyə naziri Petr Keppinq karantini pozanları psixiatrik xəstəxanalarda təcrid etmək təklifi ilə çıxış etmişdi. Lakin nə bu ideya, nə də qanunu pozanların mehmanxanalarda yerləşdirilməsi təklifi o zaman bəyənilməmişdi.
Artıq Drezdendəki mərkəz hasarlanıb. Perimetr boyu polisin nəzarət çəkəcəyi söylənilir.
Almaniyada “koronavirus həbsxanası” yaradılır