Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:24.01.2022 14:24:34

Almaniya kansleri Rusiyanın Ukraynaya qarşı hərbi hücumu olacağı təqdirdə daha əvvəl verdiyi açıqlamaya işarə edərək, bunun Rusiyaya çox baha başa gələcəyini bir daha xatırladıb.

Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiyanın Ukraynanın şərq sərhədindəki hərbi fəallığı Avropanın sülh və təhlükəsizliyinə təhdiddir.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Olaf Şolts "Süddeutsche Zeitung"a verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasındakı gərginliyə toxunaraq deyib ki, vəziyyət çox ciddidir. Rusiya tərəfindən Ukrayna sərhədində yüz min əsgər və çoxlu sayda hərbi texnika yığınağı olub. Buna göz yummaq olmaz. Bunun heç bir məntiqi izahı yoxdur. Bu, Avropanın sülh və təhlükəsizliyinə təhdiddir. 

Sərhədlərin şübhə altına alınmamasının “yumşalma siyasəti”nin və 1990-cı ildən sonra əldə edilən razılaşmaların nailiyyətlərindən biri olduğuna diqqət çəkən Şolts "Bunun mənası bəzi kitablarda sərhədlər fərqli çəkilib deyə zorakılıq yolu ilə sərhədləri dəyişdirə bilmərikdir. Tətbiq edilməli olan hərbi güc deyil, qanunlar və qaydalardır" deyib.

Krımın ilhaqının Helsinki yekun sənədinin Rusiya tərəfindən ciddi şəkildə pozulması olduğunu qeyd edən Almaniya kansleri "Ukraynanın şərqindəki vəziyyət təhlükəli olaraq qalır və eyni zamanda bu prinsiplərin pozulmasıdır" deyə vurğlayıb.

Almaniya kansleri Rusiyanın Ukraynaya qarşı hərbi hücumu olacağı təqdirdə daha əvvəl verdiyi açıqlamaya işarə edərək, bunun Rusiyaya çox baha başa gələcəyini bir daha xatırladıb.


Almaniya kansleri Rusiya ilə Ukrayna arasındakı gərginlik barədə: Vəziyyət çox ciddidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın Baş naziri Estoniya parlamentinin sədri ilə görüşüb
    Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
     23.05.2022
    Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib
    Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ