1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.01.2019 01:21:09

Almaniya ilə Fransa arasında yeni dostluq və əməkdaşlıq sazişi imzalanıb.

Almaniya ilə Fransa arasında yeni dostluq və əməkdaşlıq sazişi imzalanıb. Fransa Prezidenti Makron və Almaniya Kansleri Merkelin iştirak etdikləri imza mərasimi Aaçendə keçirilib.

İslamazeri.com xəbər verir ki, Almaniya Baş naziri Angela Merkel bu gün Aaçendə imzalanan Fransa ilə Almaniya arasında yeni dostluq müqaviləsinin artan populizm və millətçiliyə verilmiş ortaq cavabları olduğunu deyib. Baş nazir Merkel imza mərasimindəki nitqində "xüsusi vaxtlarda qətiyyətli, açıq, gələcəyə dair və səhv anlamağa yer verməyəcək reaksiyalara ehtiyac olduğunu" bildirib.

Merkeldən sonra çıxış edən Fransa Prezidenti Emanuel Makron Aaçendə imzaladıqları müqavilənin Avropa birləşmə prosesinə təkan verəcəyini söyləyib. Makron "Avropa dünyadakı yeni fırtınalara qarşı xalqlarımızın qoruma qalxanı olmalıdır",- deyə danışıb.

1963-ci ildə Fransa Prezidenti Şarl de Qoll və Almaniya Kansleri Konrad Adenauerin imzaladıqları Yelisey müqaviləsini tamamlayıcı xarakterli 28 bəndli yeni dostluq müqaviləsi iqtisadiyyat, müdafiə və Avropa siyasətlərindəki ikili əməkdaşlığın artırılmasını nəzərdə tutur. Bürokratik maneələrdən təmizlənmiş "Fransız-Alman birgə iqtisadi zonası"nın yaradılması, silah ixracatında tərəfdaş qaydaların müəyyənləşdirilməsi, xalqlar arasındakı münasibət, birgə təşəbbüslərlə şəhər qardaşlığının təşviqi üçün bir fond yaradılması da müqavilədə yer alır.


Almaniya-Fransa dostluq müqaviləsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib
    Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib
     20.11.2020
    Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ