EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:11.02.2019 16:21:33

Nazirlik Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sahəsində daha fəal iştirak perspektivlərinə də toxunub.

Almaniya federal hökuməti Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisini alqışlayır. Bu barədə Trend-ə Federal İqtisadiyyat və Energetika Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan TAP boru kəməri vasitəsilə təbii qazın nəqli haqqında müqavilənin imzalanması ilə Avropa İttifaqının üzv ölkələri üçün "Cənub Qaz Dəhlizi"ni açdı: "Lakin qaz alışı tamamilə şirkətlərdən asılıdır".

Nazirlik Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sahəsində daha fəal iştirak perspektivlərinə də toxunub:

"Biz bilirik ki, Azərbaycan dövlət şirkəti SOCAR ölkənin neft-qaz sektorunda əsas oyunçudur və qarşıdakı bir neçə il ərzində Azərbaycan bu sahədə nüfuzlu investisiya proqramı reallaşdıracaq. Almaniya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna investisiyalarına gəlincə, bu, tamamilə onların qərarlarından asılıdır. Federal hökumət Almaniya şirkətlərinin investisiya qərarlarına təsir göstərmir".

Federal qurumdan bildiriblər ki, Azərbaycan 2018-ci ildə Almaniyaya xam neft tədarükü həcminə görə 9-cu olub: "Almaniya 2018-ci ildə Azərbaycandan 2,7 milyon ton neft idxal edib. 2017-ci ildə bu göstərici 2,45 milyon ton olub".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.

"Cənub Qaz Dəhlizi"nə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.


Almaniya Energetika Nazirliyi “Cənub Qaz Dəhlizi” ilə qaz alışının perspektivləri barədə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ