EURO 1,9801 NEFT 72,65
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:05.12.2017 14:30:50

Planetin səthində su olmasa da, canlı orqanizmlər üçün zərərli təsirləri olan karbon monoksidlə zəhərlənmiş atmosfer təbəqəsi mövcuddur

NASA-nın mütəxəssislər qrupu elmə məlum olan heç bir canlı orqanizmin yaşaya bilməyəcəyi ölümcül ekzoplanet aşkarlayıb. İslamazeri.com Axar.az-a istinadən xəbər verir ki, alimlər “Habl” və “Spitzer” teleskoplarının köməyi ilə Yerdən təxminən 325 işıq ili məsafədə yerləşən WASP-18b planetinin olduğunu müəyyənləşdirib. Planetin səthində su olmasa da, canlı orqanizmlər üçün zərərli təsirləri olan karbon monoksidlə zəhərlənmiş atmosfer təbəqəsi mövcuddur.

“WASP-18b-nin tərkibi gözləntiləri doğrultmadı. Atmosferində karbon monoksidin bu qədər üstünlük təşkil etdiyi başqa bir planet barədə məlumatımız yoxdur”, - tədqiqatın iştirakçısı Kayl Şeppard deyib. Qeyd edək ki, bir qədər əvvəl avropalı alimlər ölçülərinə görə Yer kürəsinə bənzəyən və ondan 11 işıq ili məsafədə yerləşən Ross 128b ekzoplanetini aşkar edib.


Alimlər ölüm planetini aşkarladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hacı Şahin Həsənli Adnan Oktardan danışdı
    Türkiyədə bir müddətdir həbs olunan Adnan Oktarla bağlı İslamazeri.com ölkənin tanınmış ilahiyyatçısı, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənlinin fikirlərini öyrənib
     19.07.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    Bu günün 3 önəmli xəbəri
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ