1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:01.05.2020 15:04:35

Lamalardan alınan anticisimlər COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 vurisunu bloklamağa qadirdir.

İslamazeri.com sputnik-ə istinadən bildirir ki, beynəlxalq alimlər qrupunun apardığı tədqiqatdan alınan bu nəticə barədə Cell jurnalında yazılıb.

İnsan orqanizminə daxil olmaq üçün koronavirus ona hüceyrələrə hücum etməkdə yardımçı olan xüsusi zülaldan istifadə edir. Alimlər həmin zülalı bloklamağa qadir maddə yaratmağı qərara alıblar.

Onlar lamaların orqanizmində yaranan iki tip anticismi birləşdiriblər. Nəticədə koronavirusa qarşı dayanıqlı olan maddə alınıb.

“Bu, SARS-CoV-2-ni neytallaşdıran ilk anticisimlərdən biridir”, - Texas Universitetinin dosenti Ceyson Maklellan deyib.

Testlər nəticəsində məlum olub ki, bu anticisimləri insan orqanizminə peyvənd kimi daxil etmək lazımdır. Onların effektivliyi yoluxmadan bir ay əvvəl orqanizmə yeridiləndə meydana çıxır. Bundan başqa, artıq yoluxmuş pasiyentlərdə də onlardan dərman kimi, ağırlaşan fəsadların qarşısını almaq məqsədilə istifadə etmək olar.

Tədqiqat 2016-cı ildən başlayıb. Onun məqsədi SARS-CoV-2 yeni tip koronavirusuna yaxın olan SARS-CoV-1 və MERS-CoV viruslarına qarşı vasitə tapmaq olub.

Alimlər hesab edirlər ki, lamalardan alınan anticisimlər koronavirus qarşısında daha zəif olan əhali qrupunu: pensiyaçıları və xroniki xəstəlikləri olanları qorumaqda istifadə oluna bilər.

Yeni koronavirus pandemiyası, demək olar ki, bütün dünyanı bürüyüb. ÜST-ün məlumatına görə, 3 milyondan çox insan yoluxub, onlardan 1 milyonu sağalsa da, 208 min nəfər ölüb.


Alimlər lamalardan alınan maddədən koronavirus peyvəndi və dərmanı düzəltmək istəyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ