1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:17.04.2020 13:33:06

Səudiyyənin atəşkəs elan etməsinə baxmayaraq yenə Hudeydədə atəşkəs rejimini pozub

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Yəmənin Al-Masirah telekanalı yəmənlilərin əməliyyatlarında onlarla Səudiyyə Ordusunun hərbçisi və muzdlusunun öldüyünü bildirib.

Digər məlumata görə, Səudiyyənin atəşkəs elan etməsinə baxmayaraq yenə Hudeydədə atəşkəs rejimini pozaraq Əş-Şacan kəndini mühasirəyə almış, əl-Durayham və əş-Çueb və müsəlləs əl-Ədin kəndlərini minamyotlardan atəşə tutub.

Yəmən Ordusunun sözcüsü Yəhya Səri dünən verdiyi açıqlamada, Səudiyyə koalisiyasının keçən cümə axşamından etibarən elan edilən atəşkəsə baxmayaraq indi qədər Sana, İmran, əl-Cuf, Məarib, əl-Bayza, Sada və Hudeydədə ən az 260 quru və hava hücumu həyata keçirdiyini bildirib.

Sözcü həmçinin qeyd edib ki, Ordu ölkə və milləti qorumaq üçün lazım olan bütün addımları atacaq.

Qeyd edək ki, Səudiyyə koalisiyası keçən həftə 2 həftəlik atəşkəs razılığına gəlindiyini və hətta uzada biləcəklərini açıqlamasına baxmayaraq, atəşkəsdən saatlar sonra Yəmən mövqelərini atəşə tutub.


Al-Masirah telekanalı: Onlarla Səudiyyə Ordusunun hərbçisi və muzdlusu məhv edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
    Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
     03.06.2020
    Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ