Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:4.04.2019 18:12:52

İstanbulda 31 martda keçirilən Bələdiyyə seçkilərinin səsləri yenidən sayılır

Türkiyədə keçirilən Bələdiyyə seçkilərinin nəticələrindən narazı olan hakim Ədalət və İnkişaf partiyası - AKP İstanbulda 31 martda keçirilən Bələdiyyə seçkilərinin səsləri yenidən sayılmasına nail olub.

İslamazeri.com Türk mediasına istinadən xəbər verir ki, AKP-nin Yüksək Seçki Komissiyasındakı rəsmisi Rəcəb Özəl məsələ ilə bağlı "səslərin yenidən sayılmasından sonra İstanbul Bələdiyyə sədri postuna namizəd Binəli Yıldırım qalib gələcək", -deyə bildirib.

Ahaber telekanalı ilə canlı yayımda çıxış edən  AKP-nin Yüksək Seçki Komissiyasındakı rəsmisi Rəcəb Özəl deyib: "Bir səhv olanda etirazımızı hər seçkilərdə bildiririk. Seçkiləri idarə edən, şəhər və rayon qurumlarıdır. CHP-nin, İyi Partiya-nın, MHP-nin də etirazları var. Tez bir zamanda qalibiyyətlərini təsdiq edən sənədi istəyirlər. Ancaq qanunda etiraz haqqı var."

Özəl, seçkilərdə baş verən qanunsuzluqların baş verdiyini bildirərək "Boş kağızlara imzalar atıldığını bilirik.", -deyə əlavə edib.

O həmçinin hazırda Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında səs fərqinin 19 minə düşdüyünü də bildirib: "Hazırda 19 min səs fərqi var. 29 mindən bu rəqəmə düşdü."

Özəl sözlərinin sonunda səslərin hamısının sayılacağı təqdirdə AKP-nin İstanbul Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırımın qalib olacağını bildirib.


AKP-dən iddia: İstanbulda səslər yenidən sayılandan sonra Binəli Yıldırım qalib gələcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya Belarusa iki S-400 hava hücumundan müdafiə sistemi göndərib
    Rusiyanın hərbi təlimlər üçün Belarusa iki S-400 hava hücumundan müdafiə sistemi göndərdiyi bildirilir.
     21.01.2022
    Əlilliyi olan şəxslərin işlə təmin olunması məsələsi müzakirə edilib
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan Milli Abilimpiya Federasiyasının nümayəndələri ilə görüş olub.
     21.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ