1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.12.2019 16:53:54

Azərbaycan İslam Partiyası İdarə Heyətinin geniş toplantısı keçirilib

Azərbaycan İslam Partiyası İdarə Heyətinin geniş toplantısı keçirilib. Qurum toplantıda ölkədə elan olunmuş növbədənkənar parlament seçkilərinə ilə əlaqədar qərarını elan edib, seçkilərə qatılmağı məqsədəuyğun hesab etməyib.

Xəbəri islaminsesi saytı yayıb.

Azərbaycan İslam Partiyası bildirir ki, Azərbaycan Respublikasında elan olunmuş növbədənkənar parlament seçkiləri hakimiyyətin gözlənilməz qərarıdır: "Belə bir addımın atılacağına dair indiyədək hakim partiyanın parlamentdəki üzvləri tərəfindən əks arqumentlər dəfələrlə səsləndirilmişdi. Əslində qanunverici hakimiyyətə seçki gününün bu qədər tələsik və yaxın vaxta təyin edilməsi digər siyasi partiyaların belə bir ciddi siyasi mübarizəyə qoşulmaq imkanlarının və zamanının məhdudlaşdırılmasından başqa bir şeyə xidmət etmədiyi güman edilir.

Hakim partiya növbədənkənar seçkiləri ölkədə aparılan islahatlarla bağlamağa çalışsa da, bunu nisbətən təsdiq edən hal kimi nə seçki qaninvericiliyində, nə də məntəqə, dairə və Mərkəzi Seçki Komissiyalarının tərkibində mühüm zəruri hesab edilən dəyişikliklərin şahidi oluruq.

Belə bir neqativ seçki mühitinin qorunub saxlanması  hesab edirik ki, əvvəlki qanunsuzluqların, namizədlər üçün bərabər şəraitin yaradılmamasının, bir sıra saxtakarlıqların təkrarlanmasına gətirib çıxaracaq.

Azərbaycan İslam Partiyası iştirak etdiyi əvvəlki seçkilərdə baş verənləri qiymətləndirərək növbədənkənar parlament  seçkisində obyektivliyə etimadın olmadığı təqdirdə, parlamentdə ölkə ictimaiyyəti, xüsusən dini cameə üçün və cəmiyyətdə baş verən milli-mənəvi aşınmanın, onun törətdiyi fəsadların, hicablı xanımların fundamental hüquqlarının kobudcasına pozulmasının qarşısını almaq üçün Milli Məslisdə təmsil olunmağın və zəruri tələb-təkliflərin səsləndirilməsinə böyük maraq və ehtiyacın olmasına baxmayaraq, siyasi qurum tərəfindən namizədlərin irəli sürülməsini məqsədəuyğun hesab etmir.”


AİP parlament seçkilərində iştirak edib etməyəcəyini açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vandallar Qüdsdə məscidi yandırıblar - FOTO
    Radikal yəhudilərin məscid və evlərə ilk hücumu deyil
     25.01.2020
    Pentaqonun etirafı; İran hücumunda yaralıların sayı 34 olub
    Jonathan Hoffman yaralı hərbçilərin müalicə almalarının davam etdiyini deyib
     25.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ