EURO 1,9801 NEFT 72,65
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:06.12.2017 12:40:29

Bu gün Bakı Ali Məhkəməsində AİP lideri Mövsüm Səmədovun şikayətinə baxılıb.

İslamazeri.com İslaminSesi.info-ya istinadən xəbər verir ki, məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutub. Məhkəmə prossesində AİP lideri Mövsüm Səmədovun iştirakı ilə bağlı edilən müraciəti və vəkili Cavad Cavadov tərəfindən verilən vəsatət təmin edilməyib. Məhkəmə Mövsüm Səmədovun iştirakı olmadan davam etdirilib.

Halbuki keçən dəfə məhkəmə məhz Mövsüm Səmədovun və vəkilinin iştirakının zəruriliyinə görə təxirə salınmışdır.

Bundan sonra vəkil Cavad Cavadov Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərarın ləğv edilməsi ilə bağlı vəsatətlə çıxış edərək Mövsüm Səmədovla bağlı verilən qərarın heç bir əsası olmadığını söylədi.

Məhkəmə kollegiyası bu vəsatəti təmin etmədi.

Qeyd edək ki, Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə Qapalı Tipli Həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdır.


Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.


AİP lideri Mövsüm Səmədovla bağlı qərar qüvvədə saxlanıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hacı Şahin Həsənli Adnan Oktardan danışdı
    Türkiyədə bir müddətdir həbs olunan Adnan Oktarla bağlı İslamazeri.com ölkənin tanınmış ilahiyyatçısı, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənlinin fikirlərini öyrənib
     19.07.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    Bu günün 3 önəmli xəbəri
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ