1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.02.2020 13:58:14

AİP lideri xalqımızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə təbrik edib

İslamazeri.com xəbər verir ki, Azərbaycan İslam Partiyasının lideri xalqımızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə təbrik edib

AİP-in mətbuat xidmətindən İslaminSesi-nə daxil olan təbrik məktubunda deyilir:

 "Bismillahir-Rəhmanir-Rəhim.

İslam dünyasının ən əziz günlərindən biri, Peyğəmbərin (s) qızı, Həzrət Əlinin (ə.s.) xanımı, pak və mütəhər ruhu ilə cənnət xanımlarının anası sayılan Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu günü münasibətilə başda Zamanın İmamı (ə.f) olmaqla xalqımızı, bütün Əhli-beyt (ə) aşiqlərini, dünyanın qədirbilən müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm. Hər kəsə bu günün bərəkəti ilə bəhrələnməyi, axirət üçün şəfaət aparmağı arzulayıram. Dünyanın həqiqi müsəlmanları bu müqəddəs məqamları həmişə yüksək qiymətləndirir, mübarək günü bayram edirlər.

Əlbəttə, belə xoş məramların səbəbi aydındır. Çünki bəşər tarixi çox qorxulu bir dövrə qədəm qoyub. Cəmiyyətlərdə yaranmış kəskin mənəvi böhran yeni nəsli yaxın gələcəkdə qorxulu sindromlarla hədələyir. Ədalətsiz müharibələrin davam etməsi, genişlənməsi, kütləvi insan qətliamlarının artması barış nöqtəsinin olmaması insanlıq üçün ilahi nümunələrin diqqətdən kənarda qalmasından xəbər verir. Müsəlman dünyasına qarşı basqılar, dövlətlərin çökdürülməsinə, xalqların zəlalət halına salınmasına edilən səylər Peyğəmbər ümmətinə birləşməyi, şeytani istəklərindən əl çəkməyi, fəsad və faciə müəlliflərinin maraq və niyyətlərinin həyata keçirilməsində vasitə və alət olmaqdan imtinanı zəruri edir.

Sadaladığımız gərginliklərdən çıxmaq üçün bu gün kamil İlahi ölçü və nümunələrə malik olmaq ehtiyacı daha böyükdür. Bu baxımdan Allah-taala müsəlmanları, o cümlədən də Azərbaycan xalqını Əhli-beyt (ə) və onun ardıcıllarının yaşadıqları, keçirdikləri həyat tərzi ilə maariflənməyi bizə vacib buyurur. Həm də belə vərdişlərə xalqımız təkcə məscid və ya hüseyniyyələrdə deyil, bütün zaman və məkanlarda, o cümlədən də geniş kütləvi informasiya vasitələrində buna münbit şərait yaradılmaqla yiyələnməlidir. Düşünürəm ki, bu gün əcnəbi xalqların yad ruhiyyə ilə yüklənmiş mədəniyyətlərinin mənfi təsirindən qorunmaq və öz milli-mənəvi, dini dəyərlərimizi cəmiyyətə düzgün, əhatəli təlqin etmək zəruridir. Yalnız bu yolla övladlarımızı və bütövlükdə yetişməkdə olan gələcək nəsli sağlam düşüncə və yüksək əxlaqda tərbiyə etməkdə müvəffəq ola bilərik.

Ümid edirəm ki, müsəlman xalqımız bu dünyada Həzrət Fatimənin (s.ə) və Əhli-beytin (ə) lütf və inayətindən, axirətdə şəfaətindən faydalanacaqdır. Hesab edirəm ki, Həzrət Zəhranın (s.ə) mövludunun ölkəmizdə rəsmi analar günü kimi geniş şəkildə qeyd edilməsinə böyük zərurət yaranmışdır. Bu addım övladlarımızın mənəvi saflığının təmin olunmasına, ailə müqəddəsliyinin qorunmasına, iffətli, ismətli qız-gəlinlərinizin əxlaq nümunəsi kimi cəmiyyətlərə müsbət təsir göstərməsinə əvəzsiz nemət olardı.

Bir daha bu mübarək gün münasibətilə əziz müsəlman xanımlarına, bütün Əhli-beyt (ə) aşiqlərinə təbriklərimi ərz edirəm".


AİP lideri Hacı Mövsüm Səmədovdan təbrik mesajı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ