1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.02.2019 00:53:34

Azərbaycan İslam Partiyası vicdan məhbuslarına qarşı yol verilən əməllərə etiraz bəyanatı yayıb.

AİP, Müsəlman Birliyi hərəkatının sədri Taleh Bağırzadə və birliyin fəal üzvü Abbas Hüseynin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qapalı tipli həbsxanasında ağır işgəncələrlə üzləşdikləri barədə məhbus ailələrinin verdiyi məlumatlardan çıxış edərək vicdan məhbuslarına qarşı yol verilən əməllərə etiraz bəyanatı yayıb. 

AİP -in mətbuat xidmətindən "İslaminSesi"nə daxil olan  bəyanatda deyilir: “ Dindar məhbuslara qarşı baş verən işgəncə halları məlumatlarının cəmiyyətdə yaratdığı ciddi narahatlıqları nəzərə alaraq bildiririk ki, hüquqi və demokratik inkişaf yolu tutmuş bir ölkədə məhbusların qeyri-qanuni rəftarlara, işgəncələrə məruz qalmaları heç bir ölçüyə və məntiqə sığmır. Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən insanların, xüsusən də cəmiyyətimiz üçün çox dəyərli din xadimlərinin fiziki zora, aqressiyaya məruz qoyulmaları dolayısı ilə dövlətə, dövlətçiliyə, ölkəmizin beynəlxalq imicinə qəsd kimi qiymətləndirilməli, bu əməli törədən ayrı-ayrı fərdlər vəzifəsindən və mövqeyindən asılı olmayaraq ciddi cəzalandırılmalı, insanlığa, şəxsiyyətə qarşı yolverilməz halların qarşısı qətiyyətlə alınmalıdır.

 AİP bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələrində məhbus həyatı yaşayan insanlar, o cümlədən milli-mənəvi dəyərlərimizin daşıyıcıları olan ruhanilər bu ölkənin vətəndaşlarıdır və xalqımızın xidmətçiləridir. Bu gün xalqımızın içərisində qarşılıqlı düşmənçilik psixologiyası yayan, xalqı ayrı-ayrı qruplara və dəstələrə parçalayan ünsürlər düşmənlərimiz qarşısında xalqın birlik və həmrəylik prinsiplərini hakimiyyəthərisliklərinə qurban verirlər. Bu isə bizə gələcəkdə daha böyük bəlalardan xəbər verir. Torpaqlarımızın 20 faizinin, bərəkətli Qarabağ torpaqlarımızın düşmən tapdağında qaldığı indiki məqamda xalqa vətənpərvərlik duyğularını aşılayan insanların-din alimlərinin nəinki işgəncələrə məruz qalmaları, məhbəsdə saxlanmaları hesab edirik ki, yalnız yağı düşmənlərimizi sevindirər.”


AİP bəyanat verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ