1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:04.07.2019 11:00:47

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini 44 yaşlı Qadir Məmmədov saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini 44 yaşlı Qadir Məmmədov saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunub. Davam etdirilən tədbirlərlə Q.Məmmədova məxsus evdən və həyətdəki toyuq hinindən 18 ədəd kibrit qutusunda, sellofan torbalarda ümumi çəkisi 400 qrama yaxın qurudulmuş marixuana, 3 ədəd kisədə çəkisi 2 kq 655 qr narkotik vasitə olan qurudulmayan marixuana, eləcə də bir ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.


Ağdaş sakininin evindən narkotik və silah aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda araq istehsalı kəskin artıb
    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artaraq 889,2 min dekalitr təşkil edib.
     20.07.2019
    Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ