1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.06.2019 14:07:01

ABŞ -ın birinci xanımı Melaniya Trampın bildirdiyinə görə, onun sözçüsü Stefani Qrişam Ağ Evin mətbuat katibi vəzifəsini yerinə yetirəcək.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ -ın birinci xanımı Melaniya Trampın bildirdiyinə görə, onun sözçüsü Stefani Qrişam Ağ Evin mətbuat katibi vəzifəsini yerinə yetirəcək.

Tramplarla 2015-ci ildən işləməyə başlamış Stefani Qrişam həm də Ağ Evin kommunikasiya direktoru vəzifəsini icra edəcək.

Melaniya Tramp Stefani Qrişamin Ağ Evin mətbuat katibi olacağını Twitter səhifəsində yazdığı mesajında bildirib.

I am pleased to announce @StephGrisham45 will be the next @PressSec & Comms Director! She has been with us since 2015 - @potus & I can think of no better person to serve the Administration & our country. Excited to have Stephanie working for both sides of the @WhiteHouse. #BeBest

— Melania Trump (@FLOTUS) 25 Haziran 2019

“Administrasiya və ölkəyə daha yaxşı xidmət edə biləcək başqa bir nəfər haqda düşünə bilmirəm”, Melaniya Tramp Twitter səhifəsində yazıb.

Stefani Qrişam Ağ Evin sözçüsü vəzifəsində bu ayın əvvəli istefasını elan etmiş Sara Sandersi əvəz edəcək. 

Prezident Donald Tramp Sara Sandersin istefa verdiyini bildirərək, onun haqda yüksək fikir söyləyib və onun atası Mayk Hakabinin 11 il qubernatoru olduğu Arkanzas ştatının qubernatoru vəzifəsinə namizədliyini irəli sürəcəyinə ümid etdiyini bildirib.

Sara Sanders Ağ Evdə mətbuat katibi kimi çalışmasını “həyatı boyu şərəfli vəzifə və ən böyük imkan kimi” dəyərləndirdiyini deyib. “Mən bunun hətta ən çətin dəqiqələrdə belə hər bir anını sevirəm”- deyə, o bildirib.


Ağ Evin mətbuat katibi Melaniya Trampın sözçüsü olacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ