EURO 1,9349 NEFT 71,57
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:13.10.2017 18:13:48

Trampın beynəlxalq arenada qəbul edilən nüvə sazişini qəbul etməməsinin Avropa ilə ABŞ münasibətlərində gərginliyə yol açması mümkündür.

ABŞ Prezidenti Donald Tramp İranla bağlanan nüvə sazişi ilə bağlı qərarını bu gün açıqlayacaq.

İslamazeri.com Dünya mediasına istinadən xəbər verir ki, Trampın sürpriz bir açıqlama verməsi gözlənilmir, çünki amerikalı lider daha əvvəlki çıxışlarında sözügedən müqaviləni yerdən-yerə vurmuşdu.

Trampın beynəlxalq arenada qəbul olunan müqaviləni qəbul etməməsinin Avropa ilə ABŞ münasibətlərində gərginliyə yol açması da mümkündür.

Vaşinqtonun birtərəfli olaraq müqavilədən çəkilməsi halında, müqavilə çərçivəsində təxirə salınan İrana qarşı sanksiyalar ABŞ Konqresində yenidən müzakirəyə çıxarılacaq.

Trampın həmçinin yeni İran strategiyası daxilində, İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsi gözlənilir.

Çətin danışıqların nəticəsində əldə edilən nüvə razılaşması Tehranın uran zənginləşdirmə fəaliyyətlərini azaltması qarşılığında İrana qarşı sanksiyaların ləğv edilməsini əhatə edir.

2015-ci ilin iyul ayında imzalanan müqavilə İran xalqı tərəfindən böyük sevinclə qarşılanmışdı.

İran Prezidenti Həsən Ruhani müqavilə ilə bağlı ötən həftə etdiyi bir çıxışda, "Geri dönülməz nailiyyətlər əldə etmişik. Nəinki Tramp, on dənə də Tramp gəlsə bunları əlimizdən ala bilməz",- demişdi.


Ağ Evin gündəmi: İran STRATEGİYASI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərəb nazir: “Barbarlıq olmadan müharibə olmur”
    BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Karkaş isə müharibənin "barbarlıq" olmadan olmayacağını açıqlayıb.
     17.08.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ