Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:13.01.2022 12:38:48

Ağ Ev sabiq prezident Donald Trampı İranın nüvə proqramının sürətlənməsində və regionda ABŞ qüvvələrinə hücumların artmasında təqsirləndirib.

İslamazeri.com Sputnik-ə istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki mətbuat konfransında deyib.

O bildirib ki, Donald Tramp nüvə sazişindən çıxmaq qərarı ilə sanki iranlıları, onların fəaliyyətlərini məhdudlaşdıran öhdəliklərindən azad və Amerikanı beytnəlxalq müstəvidə təcrid edib.

“İndi biz müzakirə masası arxasına qayıtmışıq. Lakin sabiq hökumətin nüvə sazişindən çıxmasına görə, indi iranlıların nüvə proqramı sürətlə irəliləyib. İran körfəzdə bizim qonşularımıza birbaşa hücum edir. Onun tərəfdarları İraqda və başqa yerlədə bizim qüvvələrimizə hücumu davam etdirirlər”, deyə Cen Psaki əlavə edib.

Qeyd edək ki, hazırda nüvə sazişinin bərpası ilə bağlı Vyanada aparılan danışıqlarda İran 4+1 dövlətlərilə birbaşa, ABŞ-la isə vasitə ilə danışıqlar aparır. İran sərt sanksiyalara və nüvə obyektlərinə qarşı təxribatlara görə obyektlərindəki uranın zənginləşdirilməsi işini 60%-a çatdırıb, eləcə də uran metalının istehsalına başlayıb.


Ağ Ev: "İranın nüvə proqramında sürətlə irəliləməsinin səbəbkarı Trampdır"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Amnistiya Aktı ilə cərimə cəzasından azad edilən şəxslərin sayı açıqlanıb
    Həmin şəxslər 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad olunublar.
     24.01.2022
    Lukaşenko:
    “Bizə heç bir müharibə lazım deyil. Lakin elə bu amerikalıların özü polyaklar, latışların əli ilə və şəxsən özləri bizi bu addımlara sövq edir“.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ