EURO 1,9254 NEFT 60,17
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:25.09.2018 15:16:47

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində hər iki klubun baş məşqçiləri – Samir Abbasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar.

Bu üzdən hər iki məşqçi bir oyunluq cəzalandırılıb. Onlarım təmsil etdiyi klublar isə 800 manat cərimə olunub. Oyun sonrası mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abbasov dördüncü hakim Ömər Paşayev haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunub. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.

 

“Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində Bakı klubunun yamaykalı hücumçusu Andre Klenon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt” ın məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə on oyunluq cəzalandırılıb. Sumqayıt klubu isə 8 min manat cərimə olunub.

“Qarabağ” – “Qəbələ” matçının 90+2-ci dəqiqəsində qonaq komandanın müdafiəçisi Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Malta ilə matçda yeganə qolumuzun müəllifi iki oyunluq cəzalandırılıb. Qəbələ klubu isə millimizin futbolçusuna görə 1600 manat cərimə ödəməli olacaq.

I divizionun IV turunun “Qaradağ Lökbatan” – “Sabah-2” matçının 90+3-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elçin Dərgahquliyevtexniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Buna görə Dərgahquliyevə bir oyunluq cəza verilib, Lökbatan klubu isə səksən manat cərimə olunub.


AFFA dörd məşqçini cəzalandırdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
     12.12.2018
    Tanınmış məşqçi millimizə gətirilə bilər - FOTO
    AFFA-nın Azərbaycan millisinin baş məşqçisi postunda görmək istədiyi məşqçinin adına aydınlıq gətirilib.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ