1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:02.03.2019 14:55:50

A.Bəşirqızının aktyorların maaşı ilə bağlı təklifi sosial şəbəkələrdə, həmkarları tərəfindən çox müsbət qarşılanıb və ciddi müzakirələrə səbəb olub.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Görüşdə xalq artisti Afaq Bəşirqızı prezidentdən aktyorların maaşının qaldırılmasını təklif edib: "canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var."

A.Bəşirqızının aktyorların maaşı ilə bağlı təklifi sosial şəbəkələrdə, həmkarları tərəfindən çox müsbət qarşılanıb və ciddi müzakirələrə səbəb olub.

İslamazeri.com xəbər verir ki, Afaq Bəşirqızı Unikal.org-a prezident və xanımı ilə keçirilən görüşdən danışıb.

"Vallah mənə söz verilməmişdi. Çıxışlarda şəxsi ambisiyalar çox idi. Ona görə, mikrafonu özümə tərəf çəkib danışdım. Ölkə başçısı və onun ailəsini çox sevirəm. Bilirəm ki, onların işləri çoxdur. Onu da bilirəm ki, onlara çox şeylər düzgün çatdırılmır. Ona görə, mikrafonu özümə tərəf çəkib, ürəkdən gələn sözlərimi cənab prezidentə və xanımına çatdırdım. Başa düşürsüz? Aktyorların sosial durumu hər zaman məni düşündürüb. Axı, Afaq Bəşirqızı tək deyil? Mən hər zaman demişəm, iki-üç nəfərə göstərilən qayğı ümumi teatra göstərilən qayğı demək deyil. Çünki "bir güllə bahar olmaz". Aktyor tək səhnədə heç nə edə bilməz. Aktyorun ətrafı olmalıdır. Hazırda aktyorlarımız çox pis vəziyətdədir".

Afaq Bəşirqızı deyib ki, dünən axşam aktyorların maaşı ilə bağlı Mədəniyyət Nazirliyindən ona məlumat verildiyini də deyilib: "Mənə dünən axşam nazirlikdən zəng gəldi. Bildirildi ki, aktyorların maaşı 50 faizə qədər qaldırılması nəzərdə tutulur. Bu çox böyük dəstəkdir. Ölkə başçısının aktyorlarımıza, sənət adamlarımıza çox böyük dəstəyidir".

Xalq artisti həmçinin əlavə edib ki, təkcə aktyorların deyil, bu sahədə çalışan texniki heyyətin də maaşları qalxacaq: "Düzdür, maaşlar fərqli artır. Amma, ən azı 100-150 manat maaşlar artacaq. Mən yenə də deyirəm. Bütün məmurları başa düşürük. Müharibə şəraitində 5-10 nəfər incəsənət xadimini qorumaq mümkündür. Mən çıxışımda hamını qorumağı təklif elədim. Artıq o, imkansızlara da əl tutmağın vaxtı çatıbdır. Bəziləri orda təklif elədi ki, lazım deyil burada nə isə xahiş etmək, gəlin ancaq tərifləyək. Bu olmaz".

A.Bəşirqızı xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın sözügedən tədbirdə "yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" fikirlərini də şərh edib: "O dediyi sözün fərqinə varmadı. Yəni, dedi ki, bu qədər işlər görülür. Vətən gözəlləşir. Zeynəb xanım dedi ki, ancaq tərifləyin. Amma, biz ancaq çox sağ ol deməklə öz təkliflərimizi bitmiş hesab etməməliyik. Hamı bilir ki, cənab prezident Azərbaycanın inkişafı üçün çox işlər görür. Amma, bu inkişafla yanaşı, təkliflərimizi də verməli, mövcud olan problemləri deməliyik".


Afaq Bəşirqızı: “Zeynəb Xanlarova dediyi sözlərin fərqinə varmadı”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tbilisidə İmam Həsənin mövludu və iftar mərasimi keçirilib - FOTO
    Bu axşam Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib
     20.05.2019
    Türkiyə-İran sərhəddində yaşayan kiçik ticarətçilərə qarşı “casus əməliyyatı” - ƏTRAFLI
    Türkiyənin Van şəhərinin Saray və Özalp rayonlarında 14 mayda “İran casusu” ittihamları ilə keçirilən əməliyyat haqqında ətraflı məlumatlar yayılıb.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ