EURO 1,9164 TRY 0,2892
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:18.04.2018 13:01:10

ADR Hərəkatı son pensiya “islahatı”nın yaşlı nəslin sosial təminatında çətiliklər yaratdığını bildirirb.

ADR Hərəkatı son pensiya “islahatı”nın yaşlı nəslin sosial təminatında çətiliklər yaratdığını bildirirb. İslamazeri.com "voanyus"a istinadən xəbər verir ki, ADR Hərəkatının məlumatında deyilir ki, hərəkat minimum pensiya məbləğinin 110 manat olması üçün 25 il iş stajının və 15 800 manat minimum pensiya kapitalının tələb edilməsini yaşlı nəslə qarşı ədalətsizlik hesab edir.

“Yeni dəyişikliklərə görə, 25 il iş stajına və 15 800 manat minimum pensiya kapitalına malik ola bilməyən əmək qabliyyətli əhali pensiya yaşına çatdıqda 55 manat məbləğində qocalıq müavinəti alacaq ki, bu da son 10 ildə 150 milyard dollardan çox neft gəlirlərinə malik olan ölkənin ahıl vətəndaşlarına münasibətdə böyük ədalətsizlik hesab olunmalıdır”, məlumatda qeyd edilir.

Aprelin 17-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin iclasında yeni pensiya “islahatı”nın yaratdığı çətinliklər müzakirə olunub.

Rəsmi statistikaya görə, Azərbaycanda pensiyada olan 1 milyon 315 min insan var.

Ekspertlər hesab edir ki, yeni pensiya islahatı növbəti dövrlərdə əhalinin böyük əksəriyyətiinin, xüsusilə də regionlarda çalışan 1 milyon 700 min nəfər torpaq mülkiyyətçisi olan insanın pensiya hüququndan istifadə etmək imkanlarını məhdudlaşdıracaq və pensiyaya çıxış imkanları aşağı düşəcək. Eyni zamanda pensiyanın minimum həddi (136 manat) yaşayış minimumundan (173 manat) aşağıdır.


ADR Hərəkatı pensiya islahatını yaşlı nəslə qarşı “ədalətsizlik” sayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp İsrail və Netanyahuya təşəkkür etdi - SƏBƏB
    "Bu böyük şərəfə görə təşəkkür edirəm!"
     17.06.2019
    Türkiyədən ABŞ-ın tələbinə “YOX” dedi
    Türkiyə XİN başçısı məsələ ilə bağlı danışıb.
     17.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ