ABŞ Səudiyyə Ərəbistanına çoxsayda hərbçi göndərəcək.

İslamazeri.com-un CNN-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ yaxın zamanda Səudiyyə Ərəbistanına 500 hərbi qulluqçu göndərmək niyyətindədir. Həmin hərbçilər isə ər-Riyaddan şərqdə yerləşən şahzadə Sultan aviabazasında yerləşdiriləcəklər.
Hərbi mənbələrin məlumatına görə, bu addım, İranla münasibətlərdəki artan gərginliyin fonunda atılıb.
“Patriot” sistemlərinin göndərilməsinə hazırlıq üçün artıq sözügedən bazaya ABŞ hərbçiləri və texniki personalından ibarət kiçik dəstə göndərilib.
Həmçinin aerodromin və eniş-uçuş zolağının təkmilləşdirilməsi üzrə işlər başladılıb.
Qeyd edilir ki, Səudiyyə Ərəbistanına hərbçilərin göndərilməsi ABŞ-ın Yaxın Şərqə dair planının bir hissəsidir.
ABŞ vəhabi krallığa 500 hərbçi göndərəcək