EURO 1,884 TRY 0,2864
USD 1,7 RUB 0,0275
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.12.2019 14:07:26

İttihama görə, həmin cinayətlər nəticəsində dünya boyu çox sayda insan on milyonlarla dollar pul itirib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ və Britaniyanın hüquq-mühafizə orqanlarının rəsmiləri iki tanınmış rus hakerinə qarşı ittihamlar irəli sürüb və onları on il boyunca cinayətlə məğul olmaqda ittiham edib. Həmin cinayətlər nəticəsində dünya boyu çox sayda insan on milyonlarla dollar pul itirib.

32 yaşlı Maksim Yakubets və 37 yaşlı İqor Turaşev "Evil corp" adlı rus haker qrupunun əsas üzvləri olub. Onlar zərərli proqramlardan istifadə edərək 40-dan çox ölkədə yüzlərlə bank və maliyyə qurumlarından 100 milyon dollardan çox pul oğurlayıb.

Yakubets və Turaşev Pensilvaniyanın Qərb rayon məhkəməsi tərəfindən konspirasiya, kompüteri hak etmək, bank fırıldaqçılığı kimi 10 maddə üzrə təqsirləndirilib.

İnternet adı "aqua" ilə tanınan Yakubets həmçinin, London məhkəməsi tərəfindən Zeus kimi zərərli proqramdan istifadə edərək kompüterlərə müdaxilə edib, Birləşmiş Ştatlar və digər ölkələrdə banklardan milyonlarla dollar pul oğurlamaqda təqsirləndirilib.

"Bu iki şəxs bizim dünyanın ən dəhşətli kiberhücumlarını həyata keçirən hakerlərin kimliklərini üzə çıxarmaq kimi öhdəliyimizin olduğunun nümunəsidir" - deyə, baş prokuror Brayan A. Bençkovski Ədliyə Nazirliyində keçirilən mətbuat konfransı zamanı bildirib.

ABŞ-ın Maliyyə Nazirliyi haker qrupuna sanksiyalar tətbiq edib.

“Bunun məqsədi Rusiyanın dəstəklədiyi haker qrupunun həyata keçirdiyi kütləvi fişinq kampaniyalarının qarşısını almaqdır” - deyə, maliyyə naziri Stiven Mnuçin bildirib.

Pensilvaniya böyük münsiflər məhkəməsinin ittihamnaməsində bildirib ki, Cridex və Dridex kimi də tanınan Bugat qurbanların kompüterlərindəki anti-virus və digər qoruyucu proqramları “məğlub etmək” üçün hazırlanıb.

Hər iki şəxsin axtarışları davam etdirilir.

ABŞ Dövlət Departamenti Yakubetsin həbsinə gətirib çıxaracaq məlumat müqbailində 5 milyon dollarlıq mükafat vəd edir.

"Kibercinayətə qarşı mübarizə Birləşmiş Ştatlar üçün milli təhlükəsizlik prioriteti olaraq qalır" - deyə, Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Ceyms Volş bildirir.

Britaniyanın Milli Cinayət Agentliyinin yüksək vəzifəli rəsmisi Rob Cons mətbuat konfransı zamanı deyib ki, hüquq-mühafizə orqanları artıq illərdir Yakubets və Turaşevi axtarır.

"Mən Yakubets və Turaşevin real kimliklərinin üzə çıxmasına şadam", Cons deyib.


ABŞ və Britaniya rəsmiləri iki rusiyalı hakerə qarşı ittiham irəli sürüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda Bəsic komandiri sui-qəsd nəticəsində qətlə yetirildi
    İranın Xuzistan əyalətində Bəsic komandiri sui-qəsd nəticəsində qətlə yetirilib
     22.01.2020
    Rusiyanın Baş prokuroru dəyişib
    Rusiyanın Baş prokuroru dəyişib.
     22.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ