1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.10.2019 12:19:25

Mnuçin Birləşmiş Ştatların sanksiyaları bu anda aktivləşdirmədiyini, lakin lazım gələrsə bu addımı atacağını bildirib

İslamazeri.com "VOA"ya istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının maliyyə naziri Stiven Mnuçin cümə günü deyib ki, prezident Donald Tramp ABŞ rəsmilərinə Suriyanın şimalında hərbi əməliyyatlara başlayan Türkiyəyə qarşı çox ciddi sanksiyalara göstəriş verib.

O, banklara da göstəriş verildiyini deyib.

Mnuçin Birləşmiş Ştatların sanksiyaları bu anda aktivləşdirmədiyini, lakin lazım gələrsə bu addımı atacağını bildirib.
 “Bunlar çox sərt sanksiyalardır. Ümid edirik ki, onlardan istifadə etməyimizə gərək qalmayacaq. Lakin ehtiyac olarsa biz Türkiyə iqtisadiyyatını dayandıra bilərik "deyə, Mnuçin bildirib.

Cümə axşamı Donald Trampın Suriya siyasətini gündəmə gətirən qanunvericilər Suriyada kürd döyüşçülərə qarşı hücuma keçən Türkiyəyə “sarsıdıcı” sanksiyaların tətbiqini təklif edib.

Respublikaçı senator Lindsi Qrem və onun demokrat həmkarı Krin Ban Hollen Türkiyəyə qarşı ölçüləri açıqlayıb.

Onlar prezident Rəcəb Tayyib Ərdoğan da daxil edilməklə, Türkiyənin yüksək səlahiyyətli rəsmilərinə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Rusiyadan S-400 raketlərdən müdafiə sistemi alan Türkiyənin cəzalandırılması və Türkiyə rəsmilərinə viza məhdudiyyətlərinin qoyulmasını təklif edib.


ABŞ Türkiyəni "sarsıdıcı sanksiya"larla hədələdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ