EURO 1,9876 NEFT 78,61
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.09.2018 15:27:16

“Amerikanın təkqütblü dünyası təhlükə ilə üz-üzədir"

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən,  ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen bəyan edib ki, “Amerikanın təkqütblü dünyasının” təhlükə ilə üz-üzə olmasına görə narahatlıq keçirir.

“Amerikanın təkqütblü dünyası təhlükə ilə üz-üzədir. Bütün dünyada hökmranlıq vakuumu yaranır və (bu boşluq) düşmən dövlətlər, terrorçular və transmilli canilər tərəfindən sürətlə doldurulur. Onlar bizim həyat tərzimizi pozmaq istəyirlər, onların əksəriyyəti xaos, qeyri-sabitlik və zorakılıq yayır.”, - deyə o bildirib.

Nilsen bu bəyanatını Corc Vaşinqton Universitetindəki çıxışı zamanı edib.

Onun sözlərinə görə, Rusiya və Çin də daxil olmaqla, bir sıra ölkələr ABŞ-ı zəiflətməyə çalışırlar. Onun fikrincə, soyuq müharibə dövründən bəri xarici düşmənlərin ABŞ-a qarşı olan təhdidləri ən yüksəkdədir.

“Çin, İran, Şimali Koreya və Rusiya kimi ölkələr milli qüdrətlərinin bütün elementlərindən - maliyyə, ticarət, kibernetik, casus, informasiya əməliyyatları və bir çox digər şeylər – bizi zəiflətmək və öz maraqlarını irəli çəkmək istifadə etməyə hazırdır.”, - deyə Nilsen qeyd edib.

O ayrıca kiberməkanda ABŞ-a qarşı olan ciddi təhlükələrə də işarə edib və deyib ki, ölkəsinin düşmənləri ölkəsinin bu sahədəki zəif yerlərini tədqiq edirlər və ABŞ-ın bu cür məsələlərin öhdəsindən gəlməkdə çətinlik çəkir


ABŞ təşviş içərisində: ABŞ-ın dünyaya ağalığının sonu çatır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Berlində Həzrəti Hüseyn (ə) matəmi - FOTOLAR
    Berlin İmam Cəfəri-Sadiq (ə) məscidində keçirilən matəm məclisi Əhli-Beyt dostlarının kütləvi iştirakı ilə keçirilib.
     19.09.2018
    Daha bir şöbə müdiri işdən çıxarıldı
    Eldar Əzizov daha bir şöbə müdirini işdən çıxardı
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ