1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:07.02.2019 00:43:23

ABŞ bir tərəfdən Suriyadan çəkiləcəyini iddia edərkən, o biri tərəfdən bu ölkəyə silah və hərbi təchizat daxil etməyə davam edir.

Suriya İnsan Hüquqları Müşahidə Təşkilatı ABŞ ordusunun Suriyaya 200 yük maşını silah və hərbi təchizat daxil etdiyini bildirib.

İslamazeri.com xəbər verir ki, suriyalı müxaliflərə yaxınlığı ilə tanınan müşahidə təşkilatı ABŞ-ın başçılıq etdiyi İŞİD əleyhinə ittifaqa bağlı 200 yük maşını silah və hərbi təchizatı Suriyaya daxil etdiyini bildirib.

ABŞ bir tərəfdən Suriyadan çəkiləcəyini iddia edərkən, o biri tərəfdən bu ölkəyə silah və hərbi təchizat daxil etməyə davam edir.

Sözügedən silah, hərbi təchizat və zirehli maşın yüklü yük maşınlarının Deyr əz-Zor əyalətində Fəratın şərqinə keçdikləri bildirilib.

Halbuki bundan əvvəl ABŞ Prezidenti Donald Tramp 19 dekabr 2018-də amerikalı əsgərləri tez bir vaxtda Suriya ərazilərindən çəkəcəyini açıqlamışdı.


ABŞ Suriyaya 200 yük maşını silah sövq edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident İlham Əliyev Əli Həsənovu işdən çıxardı
    Prezident İlham Əliyev Nazirlər Kabinetində kadr dəyişikliyi edib.
     21.10.2019
    Marneulinin İmam Hüseyn məscidində Ərbəin mərasimi - FOTO
    Ərbəin münasibətilə Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ