Bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanına silah satışını dayandırmayacağını açıqlayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.
Jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandıran Psaki deyib:
"Bu mövzu hazırda gündəmdə deyil. Səudiyyə Ərəbistanı ilə uzun müddətdir əlaqələrimiz var. Biz Səudiyyə Ərəbistanına insan hüquqları və digər məsələlərdəki narahatlıqlarımızı çatdırdıq".
Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənin qərbindəki Hudeydə şəhərinə endirdiyi zərbələr nəticəsində çox sayda insanın həyatını itirməsi ilə əlaqədar Psaki deyib: "Günahsız insanların ölməsinə səbəb olan hər hadisə tragediyadır".
"ABŞ Səudiyyə Ərəbistanına silah satışını dayandırmayacaq"