Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:4.12.2021 13:00:13

Bernie Sanders və Rohit Kana ABŞ hökumətini Yəmən müharibəsindən cəsarətli addımlar atmağa və sülh üçün işləməyə çağırıb.

İslamazeri.com "Eastnews.org"-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının Büdcə Komitəsinin yüksək rütbəli üzvü, senator Bernie Sanders və Nümayəndələr Palatasının üzvü Rohit Kana verdiyi açıqlamada Səudiyyə Ərəbistanının ABŞ-ın köməyi ilə Yəməni bombaladığını bildirib və ABŞ-ın Yəməndəki müdaxiləsinə son qoymağa çağırıb.  

İki amerikalı senator şənbə günü verdiyi bəyanatda ABŞ-ın Yəmən müharibəsini dəstəklədiyini və bu müharibədə dərindən iştirak etdiyini bildirib və Yəmən müharibəsində Səudiyyə Ərəbistanı ilə şərikliyinə son qoymağa çağırıb.  

Bəyanatda Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsinin dünyanın ən böyük humanitar fəlakətinə səbəb olduğu və ölkə iqtisadiyyatını iflasa sürüklədiyi bildirilib.  

ABŞ senatorları əlavə ediblər ki, əvvəlcə Barak Obama, sonra isə Donald Tramp administrasiyasında ABŞ bu müharibədə Səudiyyə Ərəbistanının tərəfdaşı olub.  

Sanders və Kana bildiriblər ki, Birləşmiş Ştatlar yaratdığı bütün zorakılıqlara son verə bilməsə də Vaşinqton Səudiyyə qırıcılarına xidmətini dayandıra və bununla da Yəmən xalqının həyatını Səudiyyənin bombardmanlarından xilas edə bilər.  

Amerikalı qanunvericilər həmçinin ABŞ hökumətini Yəməndəki müharibəni dayandırmaq və mühasirəni ləğv etmək üçün Səudiyyə Ərəbistanına təzyiq göstərməyə çağırıblar.  

Rəsmilər etiraf ediblər ki, Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin mühasirəyə alınması bu ölkəyə yanacaq və zəruri malların axınına ciddi əngəl törədib və Yəmən xalqını ac qoyub.  

Bernie Sanders və Rohit Kana nəhayət ABŞ hökumətini Yəmən müharibəsindən cəsarətli addımlar atmağa və sülh üçün işləməyə çağırıb.


ABŞ senatorları: "Səudiyyə Yəməni Vaşinqtonun köməyi ilə bombalayır"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buraxılış imtahanlarının vaxtı açıqlandı
    Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
     24.01.2022
    DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ