EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:22.10.2019 10:52:05

ABŞ Səfirliyi və Avropa Şurası İnsan Haqları Komissarı Azərbaycan hakimiyyətini 19 oktyabrda keçirilən etiraz nümayişində zorakılığa dair yayılmış məlumatları araşdırmağa və saxlananları azadlığa buraxmağa "çağırıb".

İslamazeri.com "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, ABŞ Səfirliyi və Avropa Şurası İnsan Haqları Komissarı Azərbaycan hakimiyyətini 19 oktyabrda keçirilən etiraz nümayişində zorakılığa dair yayılmış məlumatları araşdırmağa və saxlananları azadlığa buraxmağa "çağırıb".

ABŞ Səfirliyi həmçinin bildirib ki, dinc etiraz aksiyanın dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir.

"Həftəsonu Bakıda razılaşdırılmamış mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıldığı hadisələr Azərbaycanda polisin davranışı və insanların dinc etiraz hüquqlarına dair ciddi narahatlıq doğurur", Avropa Şurası İnsan Haqları Komissarı Dunja Mijatovic-in bəyanatında deyilir.

Azərbaycanın Xarici İşlər Nazirliyi polisin "kübar və mədəni davranış nümayiş etdirdiyini" bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli rəsmisi etiraz nümayişi zamanı saxlananların polis zorakılığına məruz qalması barədə iddiaları təkzib edib.

Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində paytaxt rəsmiləri ilə razılaşdırılmamış etiraz nümayişi keçirib. 20 oktyabrda isə bir qrup ictimai fəal Bakının mərkəzində məişət zorakılığı ilə üzləşən qadınlara dəstək nümayiş etdirdiklərini, belə hallara son qoyulmasını tələb edərək "Dözmə, yürüş et" adlı yürüş keçirib.

ABŞ Səfirliyinin Avropa İttifaqının bəyanatına "dəstək verən" açıqlamasında həmçinin deyilir ki, insanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir.

"Hökumətin şəhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək istəyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözügedən hüquqdan yararlanmasına maneə törədir və Azərbaycanı zəiflədir."

Səfirlik etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarının məhdudlaşdırmasını "Azərbaycanın imkanlarının məhdudlaşdırması" kimi qiymətləndirib.

ABŞ Səfirliyi "aidiyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə" də çağırış edib.

Avropa İttifaqının Xarici Siyasət üzrə rəsmisinin sözçüsününü bəyanatında deyilir ki, "xəbərlərə görə, kütləni dağıtmaq və iştirakçıları həbs etmək üçün həddindən artıq və buna ehtiyac olmayan qüvvədən istifadə edildiyi bildirilir. Bu cür hadisələr araşdırılmalıdır. Bununla bərabər, biz hakimiyyəti həbsdə qalan dinc etirazçıları azad etməyə çağırırıq."

DİN-in Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov BBC News Azərbaycancaya saxlananlara qarşı polis zorakılığı olduğunu təkzib edib.

Dunja Mijatovic müxalifət lideri də daxil olmaqla, 100-ə yaxın adamın saxlanıldığını və bəzilərinin həbs edildiyini, bəzi iştirakçıların isə mitinqdən öncə saxlanıldığını qeyd edib.

DİN-in saxlanılanlar barədə yadığı məlumata görə, həmin gün 60 nəfər saxlanılıb, onlardan 42-si xəbərdarlıq aldıqdan sonra azad edilib, 18 nəfərin işi isə məhkəməyə göndərilib.


ABŞ Səfirliyi və Avropa Şurası İnsan Haqları Komissarı aksiyada həbs olunanları azad etməyə çağırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ