EURO 1,8744 TRY 0,2954
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.08.2019 11:12:04

ABŞ-ın 3 eks-rəsmisi İrana qarşı istənilən hərbi əməliyyatı fəlakət adlandırıb və İran ordusunun qüdrət və birliyini vurğulayıblar.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın 3 eks-rəsmisi İrana qarşı istənilən hərbi əməliyyatı fəlakət adlandırıb və İran ordusunun qüdrət və birliyini vurğulayıblar.

Beynəlxalq Böhran Qrupu (BBQ) keçmiş müdafiə naziri Çak Heygel, keçmiş Pentaqon və XİN rəsmisi Con Körbi və keçmiş dövlət katibi Lourens Uilkerson ilə ABŞ-ın İrana qarşı mümkün müdaxiləsi ilə bağlı danışıqlarının bir hissəsini dərc edib. 

Çak Heygel İrana 3-nöqtəli lokal hücumu “oyun” adlandırıb və qeyd edib ki, “bu, 1-2 hava hücumu olmayacaq, biz İranın ciddi cavabına hazır olmalıyıq”.

Con Körbi isə bildirib ki, İran ordusu dünyanın ən qabaqcıllarındandır və “əgər İranla münaqişə gözdən keçirərsək, heç kimin qalib gəlməyəcəyini düşünürəm”.

“80 milyonluq əhalisi olan İran müharibə olarsa, cəld cavab verəcək. Keçmiş dövlət katibi Kolin Pauel ilə 12-14 il işləmiş bir şəxs kimi deyə bilərəm ki, ABŞ-ın keçmiş səhvlərindən dərs götürmə bacarığı 0-a bərabərdir. Biz keçmişdən ibrət götürmürük”, - deyə o Lourens Uilkerson bildirib.


ABŞ-lı 3 eks rəsmidən İran etirafı: Yaxşı olmayacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ