Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:28.10.2021 10:34:39

"Biz ABŞ istehsalı olan təyyarələri düşmən kimi fəaliyyət göstərməkdə davam edən müttəfiqə göndərməklə milli təhlükəsizliyimizə xələl gətirə bilmərik".

İslamazeri.com-un "Eastnews.org"-a istinadən verdiyi xəbərə görə, ABŞ-da bir qrup konqres üzvü prezident Co Bayden və Dövlət katibi Entoni Blinkenə məktub yazaraq Türkiyənin F-16 tələbini rədd etməyə çağırıb.  

11 konqres üzvünün imzaladığı məktubda bu ifadələr yer alıb: "Prezident Ərdoğanın sentyabr ayında Türkiyənin Rusiyadan daha bir neçə S-400 raketdən müdafiə sistemləri alacağını elan etməsindən sonra biz ABŞ istehsalı olan təyyarələri düşmən kimi fəaliyyət göstərməkdə davam edən müttəfiqə göndərməklə milli təhlükəsizliyimizə xələl gətirə bilmərik".   Məktubda ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının Ərdoğanın Rusiyadan ilk S-400 sistemləri almaq planını həyata keçirdikdən sonra Türkiyəni F-35 proqramından rəsmən çıxardığı xatırladılaraq belə qeyd olunub:   "Bu ehtiyatlı siyasət sizin administrasiyanız dövründə də hər iki siyasi partiyadan olan Konqres üzvləri qrupunun dəstəyi ilə davam etdi".   Məktubda davamında deyilir:   "Türkiyənin F-35 proqramında iştirak etmək üçün 1,4 milyard dollar ödədiyi bildirildiyinə görə, prezident Ərdoğan bu pulun nağd şəkildə planlaşdırılan F-35 tədarükü, yeni F-16 qırıcıları və mövcud F-16 donanması üçün modernizasiya avadanlıqları şəklində kompensasiya etmək məqsədi güdür.   Əminik ki, bu planlar irəliləyərsə, Konqres bu cür ixracın qarşısını almaq üçün razılaşdırılmış mövqe tutacaq və ABŞ bu mərhələdə Türkiyə hökumətinə hər hansı qabaqcıl hərbi texnika ötürə bilməz".   Konqres üzvlərinin məktubunda Şərqi Aralıq dənizindəki gərginliyə aşağıdakı ifadələrlə toxunulub:   "Prezident Ərdoğan Şərqi Aralıq dənizindəki layihəsini davam etdirdiyi müddətcə Türkiyə milli təhlükəsizliyimizi və regiondakı ən yaxın müttəfiqlərimiz olan Yunanıstan, İsrail və Kiprin təhlükəsizliyini təhdid etməyə davam edəcək.   Sizi Türkiyənin köhnə qırıcı təyyarə flotunu gücləndirməkdən imtina etməyə və milli maraqlarımıza və Şərqi Aralıq dənizinin sabitliyinə uyğun hərəkət etməyə çağırır və cavabınızı səbrsizliklə gözləyirik".


ABŞ konqresmenləri Bayden və Blinkeni Türkiyənin tələbini rədd etməyə çağırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ