1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:27.02.2021 10:51:30

Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2018-ci ildə qətlə yetirilən jurnalist Camal Xaşuqçinin tutulması və ya öldürülməsi əməliyyatını təsdiqləyib

Cümə günü ABŞ kəşfiyyatının Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistan arasındakı əlaqələrinə ziyanı məhdudlaşdıran şəkildə açıqladığı hesabatında bildirilib ki, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2018-ci ildə qətlə yetirilən jurnalist Camal Xaşuqçinin tutulması və ya öldürülməsi əməliyyatını təsdiqləyib.

İslamazeri.com VOAnews-a istinadən xəbər verir ki, ABŞ sakini olan və The Washington Post qəzetində vəlihəd şahzadənin siyasətini tənqid edən köşə yazıları yazan Camal Xaşuqçi krallığın İstanbuldakı konsulluğunda vəliəhdlə əlaqəsi olan əməliyyatçı qrupu tərəfindən öldürülüb.

Rəsmi Riyad Səudiyyə Ərəbistanının de fakto lideri olan vəlihəd şahzadənin əməliyyatla hər hansı bir əlaqəsini rədd edib.

ABŞ Milli Kəşfiyyat İdarəsinin saytında yerləşdirilən hesabatda deyilir ki, “Biz Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın Türkiyənin İstanbul şəhərində səudiyyəli jurnalist Camal Xaşuqçini tutmaq və ya öldürmək üçün bir əməliyyatı təsdiqlədiyi qənaətinə gəlmişik”.

Məlumatda həmçinin bildirilir ki, “Bizim bu dəyərləndirməmiz Şahzadənin krallıqda qərarların verilməsindəki roluna, Məhəmməd bin Salmanın əsas məsləhətçisinin və qoruyucularının bu cür detallı əməliyyatda birbaşa iştirakına, və Xaşuqçi də daxil olmaqla vəliəhd şahzadənin xaricdəki müxalifləri susdurmaq üçün şiddətli tədbirlərdən istifadəyə dəstəyinə əsaslanır”.

ABŞ Prezidenti Co Bayden hesabatı icitmaiyyətə açmaqla sələfi Donald Trampın 2019-cu il qanununa zidd olaraq hesabatın yayımlanmasının qarşısını almasından fərqli bir yol tutub. Bu isə ABŞ-ın krallığa qarşı insan haqlarından tutmuş Yəməndəki müharibəyə qədər bir çox məsələlərdə meydan oxumaq niyyətinin olduğuna işarə edir.

Rəsmi Vaşinqton eyni zamanda məsələnin əks-təsirini yumşaltmağa çalışıb. Belə ki, Bayden cümə axşamı şahzadənin 85 yaşlı atası Kral Salmanla telefon söhbəti aparıb və həmin telefon danışığı zamanı hər iki tərəf onilliklərdir davam etdikləri ittifaqı və əməkdaşlığı davam etdirmək öhdəliyini təsdiqləyib.

ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan və ictiamiyyətə açıqlanan bu hesabat Trampın 2018-ci ildə Konqres üzvləri ilə Camal Xaşuqçinin qətli ilə bağlı paylaşdığı gizli hesabatın bir nüsxəsidir.

Trampın o zaman millət vəkilləri və insan haqları qruplarının hesabatın məxfi versiyasını yayımlamaq tələbini rədd etməsi onun İranla gərginliyin artması fonunda Riyadla əməkdaşlığı qorumaq və ABŞ-ın krallığa silah satışını artırmaq istəyini əks etdirdi.


ABŞ Kəşfiyyatının hesabatı bin Salmanın Xaşuqçi cinayətilə əlaqəsini təsdiqləyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəhimə Xanım (s.ə) ziyarətgahı - VİDEO LAYİHƏ
    “Shafaqna Azərbaycanca”nın video layihəsi çərçivəsində Rəhimə Xanım (s.ə) ziyarətgahı ilə bağlı hazırladığı videonu təqdim edirik.
     8.04.2021
    Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb - VİDEO
    Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.
     8.04.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ