1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:2.07.2020 14:38:54

Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.

İslamazeri.com İRNA-ya istinadən xəbər verir ki, 1988-ci il 3 iyulda Fars körfəzi üzərində dünya aviasiyası tarixində ən böyük faciələrdən biri baş verib. İran məhəlli sularının üzərində hərəkət edən İrana məxsus “Airbus A300B2” sərnişin təyyarəsi ABŞ tərəfindən hücuma məruz qalır.

Bu hücum nəticəsində təyyarədəki 290 nəfərin hamısı həlak olur: 16 ekipaj üzvü, 65-i uşaq olmaqla, 274 sərnişin.

ABŞ tərəfi baş verən hadisəni “dəhşətli insani faciə” adlandırsa da, öz günahını etiraf etməkdən və ya İran xalqından üzr istəməkdən imtina edib.

İran tərəfi isə ABŞ-ın iddialarını qəbul etməyərək bildirir ki, ABŞ qəsdən bu cinayəti törədib.

Bu cinayəti törədən ABŞ ordusunun kapitanı Rocers və vitse-admiralı Listiq cəzalandırılmaq əvəzinə, “cəsarət” və “düşmən atəşi altında soyuqqanlılğını saxlamaq bacarığına” görə medalla mükafatlandırılıblar.

Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.


ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran prezident seçkilərində iştirak edəcək namizədlər
    İran Daxili İşlər Nazirliyinin mətbuat-xidmətinin məlumatına əsasən, namizədlər aşağıdakı şəxslərdir:
     25.05.2021
    Xüsusi karantin rejimi yumşaldılır - TAM SİYAHI
    Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı.
     25.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ