EURO 1,9848 NEFT 78,76
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:06.07.2018 17:06:22

ABŞ-dan Mənbiç açıqlaması: Çəkilmək üçün tarix deyə bilmirik...

ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili, "Çəkilmə məsələsində tarix verə bilmərəm, amma ortaq patrul üçün gözləyin, görün" deyib.

İslamazeri.com xəbər verir ki, ABŞ müvəqqəti işlər vəkili Filip Kosnett jurnalistlərə açıqlamalar verib. Sualları cavablandıran Kosnett, ABŞ və Türkiyə hökumətlərinin iki ölkə arasında münasibətlərin düzəldilməsi üçün çalışdıqlarını qeyd edərək, əlaqələrin getdiyi istiqamət mövzusunda nikbin olmadığını ifadə edib. Kosnett, "Ən yüksək səviyyədə Prezident Ərdoğan və Prezident Trampın münasibətləri yaxşılaşdırmağın ən mühüm məsələ olduğu nöqtəsində güclü siqnallar var" deyib.

Yeni səfirin təyin olunmasına dair suala Kosnett, "Bir çox ad var. Ağ Ev açıqlama vermədən rəsmi açıqlama olmaz. Prezident Tramp Türkiyəyə ən yüksək profilli səfiri göndərəcək" cavabını verib.

Bir jurnalistin senatorların Ərdoğanla görüşdüyünü xatırlatması üzərinə Kosnett, "Konqresdə Respublikaçılar və Demokratlar arasındakı nəzər keşiş Brenson və digər ABş vətəndaşları və səfirlik əməkdaşlarının ədalətsizcə həbs olunduğu istiqamətindədir. Münasibətlərdə bir çox məsələ var, amma bu məsələnin həll edilməsi iki ölkə münasibətlərində digər mövzuları da da inkişaf etdirəcək" deyə bildirib.

Mənbiç mövzusundakı suala isə Kosnett, "İki ölkə hərbi və diplomatik olaraq çox yaxın çalışır. Yerli insanlar təhlükəsizlik və gələcəklərini müəyyən etməkdən məsuldular. Türk və ABŞ hərbi qüvvələri təhlükəsizlik məsələsində yaxın çalışırlar. YPG vəziyyəti anladı və əməkdaşlıq edəcəklərini açıqladılar" cavabını verib.


ABŞ-ın Mənbiçdən çıxmaq fiki yoxdur - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müdafiə naziri və Baş Qərargah rəisi təmas xəttində yüksək dağ zirvələrindəki bölmələrin döyüşə hazırlığını yoxlayıb
    Qoşunların təmas xəttində yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığı yoxlanıb.
     19.09.2018
    Bakıda güclü tıxac yarandı
    Bakının girişində güclü tıxac yaranıb.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ