1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.06.2019 11:41:06

ABŞ-ın eks-prezidenti ölkəsinin iştirak etdiyi müharibələr barədə danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın eks-prezidenti Cimmi Karter etiraf edib ki, ABŞ-ın indiyədək iştirak etdiyi bütün müharibələr faktiki olaraq faydasız olub.

“Biz güman edirdik ki, xristian (lütfkar) xalqıq, lakin məlum oldu ki, bütün dünyada amerikalıları hələ də militarist hesab edirlər”, - deyə Corciya ştatında kilsədə çıxış edən Karter bildirib.

“Mən hesab edirəm ki, ABŞ-ın iştirak etdiyi praktiki olaraq bütün müharibələr lazımsız idi”, - deyə o qeyd edib.

Karter hazırki Ağ Ev başçısı Donald Trampın İrana qarşı hərbi əməliyyat başlatmamaq qərarını təqdir edib. Onun fikrincə, bu cür müharibə olduqca məntiqsiz və dağıdıcı ola bilərdi.


ABŞ-ın eks-prezidentindən etiraf: Bütün müharibələrimiz faydasız idi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda araq istehsalı kəskin artıb
    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artaraq 889,2 min dekalitr təşkil edib.
     20.07.2019
    Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ