EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:28.10.2019 17:31:19

Keçmiş səfirin sözlərinə görə, insanların sosial problemlər və iqtisadi problemlərlə bağlı öz narahatlıqlarını ifadə etməsinə imkan verilməlidir.

“Təkcə Əli Kərimli deyil, digərləri də saxlanılmışdı və döyülmüşdü. Bu, azad şəkildə, özü də müasir cəmiyyətdə fikirlərin ifadə edilməsi məsələsi ilə bağlı rejimin davranışı baxımından çox şeyin dəyişmədiyinə bir işarədir”, - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Amerikanın səsi”nə müsahibəsində Bakıdakı son etirazları və  polisin davranışını belə şərh edib.

Keçmiş səfirin sözlərinə görə, insanların sosial problemlər və iqtisadi problemlərlə bağlı öz narahatlıqlarını ifadə etməsinə imkan verilməlidir.

Polisin dinc etiraz aksiyası iştirakçılarına qarşı sərt rəftarı Azərbaycan hökumətinin özü haqda yaratmaq istədiyi imicə ziddir.

Riçard Kozlariç ABŞ səfirliyinin bu hadisələrlə bağlı sərt bəyanatına da münasibət bildirib və bunu “yaxşı göstərici” adlandırıb.

“Bu, beynəlxalq ictimaiyyətin, ABŞ-ın Azərbaycanda baş verənlərə diqqət yetirdiyini və polis qəddarlığı kimi hadisələr baş verəndə insanların buna reaksiya verdiyini göstərir. Avropa İttifaqının da ciddi bəyanatla çıxış etməsi məni razı saldı. Bu, Azərbaycanın Qərbdəki iki ən güclü tərəfdaşının reaksiyasıdır”, - keçmiş səfir vurğulayıb.

“Niyə biz bunu əvvəllər etmədik? Mən bu suala cavab verə bilməyəcəm. Ancaq bu dəfə davranış (polisin), adamların kütləvi həbsi, avtobuslara salınması o qədər biabırçı idi ki, məncə, bu, belə bir bəyanata səbəb oldu”, - o bildirib.

O, Qərb diplomatların gizli yazılmış danışıqlarının KİV-də yayılması ilə bağlı təəccübünü bildirib.

“Bu, normal davranışdan kənar bir addımdır. Amerika səfirliyinə nəyisə tənqid etmək üçün zəng etmək olar. Amma tamamilə zərərsiz danışıqları yazıya almaq və sonra onları dərc etmək, bu, hər bir halda mənə olduqca qəribə gəldi”, -  o deyib.

ABŞ hökuməti bu məsələnin araşdırılmasını tələb edə bilərmi?

R.Kozlariç bu suala belə cavab verib: “Mən Dövlət Departamentində olsaydım, araşdırmaya çağırardım”.

Onun sözlərinə görə, ABŞ çox vaxt belə müzakirələri ictimaiyyət üçün açıq deyil, həm burada Vaşinqtonda Azərbaycan səfirliyi ilə, həm də Bakıda ABŞ səfirliyi ilə özəl qaydada aparır.

Dərc olunmuş danışıqlarda kriminal heç bir şey yoxdur. Əgər nümayiş baş verirsə, səfirliyin istənilən əməkdaşı məlumatı olan hər kəsə müraciət edib nələrin baş verdiyini öyrənə bilər.

 “Ona görə də məni bu təəccübləndirdi ki, nə üçün bu, Birləşmiş Ştatların nümayişlərə nəzarət etməsinə işarə olmalıdır”, - Kozlariç deyib.

Son illər təkcə Azərbaycanın müxalifət partiyalarının üzvləri deyil, müstəqil müşahidəçilər də ABŞ hökumətinin insan hüquqları və demokratiya məsələlərinə kifayət qədər diqqət yetirmədiyindən və rəsmilərin adətən enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Azərbaycanda insan haqları və demokratiyaya fikir vermədyindən şikayət edirlər. Vəziyyət dəyişə bilərmi və ABŞ hökuməti bundan sonra bu məsələlərə daha çox diqqət göstərə bilərmi? Kozlariç bu sualın cavabında deyib ki, ABŞ BMT və ATƏT üzvü kimi insan hüquqları və ifadə azadlığı məsələləri ilə bağlı çıxış edə bilər.

 “Biz bunu belə qəbul etməməliyik ki, bu məsələləri qaldırmaqla enerji və təhlükəsizlik kimi sahələr daxil olmaqla, əsas sahələrdə münasibətlərimizi sarsıda bilərik. Mən ABŞ-ın hazırkı administrasiyasının demokratik prinsiplərin müdafiəsi ilə bağlı münasibət bildirmək üçün nə planlaşdırdığını bilmirəm. Amma fikrimcə, səfirliyin bəyanatında qeyd edilməli odur ki, onlar bu kimi hadisələr davam etsə, bunu qulaqardına vurmayacaqlar”, - Kozlariç deyib.

“Azərbaycanın gələcəyi ilə bağlı gözləntiniz nədir” sualının cavabında keçmiş səfir deyib ki, Azərbaycan xalqı energetika sahəsində müəyyən nailiyyətlərdən qürur duymalıdır. ABŞ diplomatiyası Azərbaycana böyük dəstək göstərib, Rusiya və İran tərəfindən bu günə qədər davam edən təzyiqlər olmadan bu inkişafa imkan verib. “Lakin gözlənti daha çox idi, ilk növbədə demokratiya sahəsində. Həm də iqtisadi islahatlar sahəsində daha çox inkişaf gözlənilirdi”, - o bildirib. (Turan)


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri səsyazsının mediaya çıxmasından danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ