1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:19.01.2021 09:52:03

ABŞ-ın hərbi-dəniz donanmasının Baş qərargah rəisi admiral Maykl Gildey yaxın onillik üçün “Naviqasiya planı”nı təqdim edib.

İslamazeri.com az.shafaqna.com-a istinadla xəbər verir ki, sənəddə əsas məqsəd kimi Amerika donanmasının Dünya okeanında hökmranlığının təmin edilməsi göstərilib. Bildirilir ki, ABŞ dənizdə ciddi qarşıdurmaya hər an hazır olmalıdır.

Plana görə, qlobal nəzarət sahəsində Amerika vətəndaşlarının ölkədə sakit və yüksək rifahlı həyatını təmin etmək lazımdır. Gildey bu baxımdan Rusiya və Çini ABŞ-ın sakitliyini pozan qüvvələr kimi önə çəkib.

Admiral sonda qeyd edib ki, Amerikaya süni intellekti inkişaf etdirmək zəruridir. Eyni zamanda daha çox sayda sualtı atom qayıqları və güclü suüstü gəmilər istifadəyə verilməli, həmçinin energetik silahları daha geniş tətbiq etməyə başlamaq lazımdır.


ABŞ Dünya okeanını nəzarətə almaq niyyətini açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ