1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.01.2020 00:17:31

Bu barədə Ukraynalı rəsmi məlumat verib.

İslamzeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən. ABŞ 2020-ci ildə Ukraynaya 1 milyard dollardan çox, o cümlədən də hərbi və iqtisadi yardıma, pul ayırmağı planlaşdırır.

Bunu Ukraynanın ABŞ-dakı səfiri Vladimir Yelçenko bildirib.

Onun sözlərinə görə, Ukraynanı “məhz təhlükəsizlik və müdafiə sektorunda” ABŞ-dan çox dəstəkləyən başqa bir ölkə yoxdur.

Cəmi 2020-ci ildə Pentaqon tərəfindən 250 milyon dollar və ABŞ dövlət departamenti xətti ilə daha təxminən 450 milyon dolların, bu artıq iqtisadi yardımdır, ayrılması nəzərdə tutulub. Nəticə etibarı ilə, ümumilikdə belə alınır ki, bu il ABŞ tərəfindən olan ümumi yardım - 698 milyon dollardır və sırf hərbi müdafiə yardımı isə 365 milyon dollardır”, - deyə o qeyd edib.

O əlavə edib ki, 250 milyon dollar artıq ayrılıb, daha 50 milyon isə müəyyən şərtlərin yerinə yetirilməsi şərti ilə və məbləğin birinci hissəsinin və daha 50 milyon dolların (əvvəlki illərin hələ həyata keçirilməmiş qalıqları) istifadəsi şərti ilə ayrılacaq.

Beləliklə də, Yelçenko deyib ki, ABŞ-ın builki yardımının ümumi məbləği 1 milyard dollardan çoxdur.


ABŞ-dan Ukraynaya 1 MİLYARD DOLLARlıq “hədiyyə”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ