1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.01.2020 18:03:48

Direktor Keitlin Bridlovun sözlərinə görə isə, bu, hərəkatın “növbəti mərhələyə keçdiyini göstərir”.

İslamazeri.com "Voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İran generalını öldürəndən və Yaxın Şərqə daha çox əsgər göndərəcəyini deyəndən bir neçə gün sonra təxminən 100 etirazçı Çikaqoda körpü üzərində etiraz keçirərək “İranda Müharibəyə Yox” şüarı yazılan plakat sərgilədi.

Bostonda 200-ə yaxın insan soyuq havada yürüş etdi, Los Anceles və digər şəhərlərdə də onlarla insan nümayiş keçirdi.

Tramp vəzifəsinin icrasına başlayandan və milyonlarla insan Vaşinqton və digər şəhərlərdə Qadınlar Marşında iştirak edəndən üç il sonra Trampa qarşı etirazların miqyası nisbətən çox kiçikdir.

Fəallar deyir ki, etirazçıların sayı gələn noyabr ayında keçiriləcək seçkidə Trampı vəzifədən devirmək üçün enerji və ya motivasiyanın azaldığına işarə etmir.

Onların sözlərinə görə, 2020-ci ildə Tramp əleyhinə hərəkat daha mütəşəkkildir və diqqət konkret addımlar atmağa yönəlib. Daha çox insan etiraz etmək əvəzinə namizədlər üçün seçicilərin qapılarını döyüb, onlarla söhbət edir, onlara məktublar göndərir, hansısa məsələləri təbliğ edir.


ABŞ-da Tramp əleyhinə iki sutka ərzində 46 ştatda 370 aksiya keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • YPX 2019-da 119 milyon cərimə yazıb
    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
     17.02.2020
    Yunis Səfərovun işi üzrə proses qeyri-müəyyən vaxta təxirə salınıb
    Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
     17.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ