1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.06.2020 12:07:03

Hər üç yaralı polisin sağalacağı deyilib.

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, koronavirusun yaratdığı böhrandan çıxış yolu tapmaq və polis qəddarlığına qarşı bir həftədir davam edən qəzəbli nümayişlərdən qurtarmağa ümid edən Nyu-Yorkda çərşənbə günü daha çox zorakılıqla başa çatıb.

Corc Floydun ölümünə etiraz olaraq minlərlə insanın iştirak etdiyi dinc nümayiş axşam saat 8-də komendant saatı qüvvəyə mindikdən təxminən bir saat sonra güclü yağış yağdığı üçün polis tərəfindən dağılıb.

Bundan sonra küçələrdə günlərdir ilk dəfə səssizliyin olduğu vaxt, Bruklində bir nəfərin polis patrulunu pusquya salaraq, onu boynundan bıçaqladığı bildirilib. Hücum edən şəxs cavab polis zabitləri tərəfindən vurulub və onun vəziyyətinin ağır olduğu bildirilib.

Qarışıqlıqda iki polis zabiti əllərindən güllə yarası alıb. Hər üç yaralı polisin sağalacağı deyilib.

Polis komissarı Dermot Şi bunun özünü müdafiə edə bilməyən bir polis məmuruna qarşı qorxaq və alçaq bir hücum olduğunu deyib.

Hücum polisin şəhərin bəzi bölgələrində oğurluqların qarşısını aldığı üçün tərifləndiyi, eyni zamanda şəhərdə komendant saatı tətbiq edilərkən insanlara qarşı kobud hərəkətlərinə görə sərt tənqid etdiyi günün sonunda baş verib.


ABŞ-da polisə hücum etdilər: İkisi güllələndi, biri bıçqlandı...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ