Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:22.10.2021 09:16:53

"Çəkiliş zamanı iki nəfər güllə yarası alıb”.

ABŞ-da aktyor Alek Bolduinin baş rolda oynadığı “Pas” (Rust) filminin çəkilişi zamanı senariyə uyğun olaraq atışma səhnəsində silahlara doldurulmuş patronlar döyüş qabiliyyətli olub.

İslamazeri.com APA - ya istinadən xəbər verir ki, səhnələşdirilmiş atışma zamanı filmi lentə alan operator və rejissor güllə yarası alıb.

Santa Fe polisindən bildirilib ki, hadisə Nyu Meksikoda çəkiliş meydançasında baş verib: “Aktyorların atəş açdığı silahlar səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub. Çəkiliş zamanı iki nəfər güllə yarası alıb”.

Güllələrdən biri rejissorun körpücük sümüyünü zədələyib. Digər yaralı - operator isə sanitar aviasiya vasitəsilə xəstəxanaya aparılıb. O, aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, filmin qəhrəmanı Bolduin xəsarət almayıb.

Çəkilişlər müvəqqəti dayandırılıb. Polis araşdırmaya başlayıb.


ABŞ-da "Pas" filminin atışma səhnəsi ölümlə bitdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ