EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:27.05.2018 03:15:11

ABŞ-ın Montana ştatında fermer tərəfindən öldürülmüş "canavara bənzər" qeyri adi heyvan alim və ekoloqları çaşbaş qoyub.

İslamazeri.com BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın Montana ştatında fermer tərəfindən öldürülmüş "canavara bənzər" qeyri adi heyvan alim və ekoloqları çaşbaş qoyub.

Qəribə canlı Denton şəhəri ətrafındakı rançoda fermerin mal sürüsünə yaxınlaşdığı zaman vurulub.

Ştatın ekologiya qurumu heyvanın hansı növə aid olduğunu hələ ki, müəyyən edə bilməyib. 

Onlar deyirlər ki, canavarla müqayisədə canlının dişləri qısa, qabaq ayaqları balaca, pəncələri isə çox iridir.

Hadisə ilə bağlı internetdə müxtəlif nəzəriyyələr yayılır.

Bəziləri canlını başqa bir varlığa çevrilməyə qadir məxluq hesab edir.

Digərlərinə əsasən o, meşədə yaşadığı deyilən insana bənzər canlı - bigfoot-dan dönmədir.

Elələri də var ki, heyvanın qrizli ayısının balası olduğunu deyir.

Montana ştatının ekologiya departamenti heyvanın itkimilər yarımdəstəsinə aid olduğunu bildirir.

Lakin onun daha dəqiq müyyən edilməsi üçün canlının DNT-si təhlil üçün laboratoriyaya göndərilib.

Onun nəticələri bir həftəyə müəyyən olunacaq.


ABŞ-da öldürülən bu canlı ekspertləri çaşbaş qoydu - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ