1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:14.11.2017 15:01:53

ABŞ-da yeni məscid açılıb.

İslamazeri.com-un “Orlando Sentinel”-ə istinadən verdiyi xəbərə əsasən, Qərb ölkələri üçün xas olmayan, olduqca gözəl və möhətəşəm və əzəmətli məscid öz qapılarını ABŞ-ın Florida ştatının Orlando şəhərində açıb.

Müsəlman məbədi mərmər və qırmızı ağacdan istifadə edilərək inşa edilib, onun bəzəklərinin cah-calalı isə Yaxın Şərq ölkələrinin böyük məscidləri ilə “rəqabət apara bilər”.

Bildirilir ki, “Al Həyy” məscidinin tikintisinə təxminən 16 milyon dollar xərclənib. Vəsait isə yerli müsəlman icmasının üzvləri tərəfindən toplanılıb.

Məscidin inşası 7 ilə yaxın çəkib. Onun üzərində Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan mütəxəssislər işləyiblər.

Maraqlıdır ki, məscidin günbəzi Yunanıstanın Tassos adasından gətirilmiş mərmərdən hazırlanıb. Məkkə şəhərindəki Müqəddəs Kəbənin döşəməsi də məhz bu mərmərdən hazırlanıb.


ABŞ-da olduqca əzəmətli məscid istifadəyə verildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ