Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.01.2021 10:31:27

Amerika-İslam münasibətləri Şurası (CAIR) amerikalı müsəlmanlara və digər azlıqlara müraciət edib

Amerika-İslam münasibətləri Şurası (CAIR) amerikalı müsəlmanlara və digər azlıqlara müraciət edərək, yeni seçilmiş prezident Co Baydenin inauqurasiyası keçiriləcək gün paytaxtın mərkəzindən uzaq durmağa çağırıb.

İslamazeri.com Az.shafaqna.com-a istinadla xəbər verir ki, CAIR həmçinin məscidlər və müsəlman ictimai mərkəzlərini özlərini “ultrasağçılar və ağdərililərə daha üstün mövqe tələb edən irqçilərin” mümkün hücumlarından ehtiyatlı olmağa dəvət edib.

Hökumətlə əlaqələr üzrə CAIR-in direktoru Robert Makkou CNN-ə müsahibəsində bildirib ki, yanvarın 6-da Kapitoliyə hücum edən və məqsədlərinə çatmayan ünsürlər acıqlarını milli azlıqlardan və dini mərkəzlərdən çıxmaq niyyətindədirlər: “Biz ABŞ-ın müsəlman cəmiyyətini bu reallığa hazır olmağa çağırırıq. Biz hamının təhlükəsizliyinin təmin olunmasını istəyirik”.

Bu arada Amerikanın hüquq mühafizə orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib. FTB-dən bildirilib ki, ölkənin müxtəlif ştatlarında iğtişaşların baş vermə ehtimalı barədə quruma məlumat daxil olub.

 


ABŞ-da müsəlmanlara mesaj: Baydenin andiçmə mərasimi günündə paytaxtdan uzaq olun!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xavi
    Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes İspaniya "Barselona"sının sükanı arxasına keçəcək.
     28.10.2021
    Hakerlər İsrailin gizli məlumatlarını internetə yaydı
    Kiber hücuma məruz qalan İsrail rejiminin yüzlərlə hərbçisinin fərdi məlumatları sosial mediaya sızdırılıb.
     28.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ