Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:20.11.2021 10:44:52

Məhkumlar paklaşma, özü ilə barışma, səhvlərindən uzaqlaşma kimi mövzularda axtardıqları hər şeyi İslamiyyətdə tapdıqlarını söyləyirlər.

Amerika Birləşmiş Ştatları həbsxanalarında hər il 30-40 min məhkum İslamı seçir.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, aparılan araşdırmalar ABŞ-dakı həbsxanalarda din dəyişdirən məhkumların 80 faizinin müsəlmanlığı seçdiyini göstərir.

İslamı seçənlərin böyük əksəriyyətini Afrika mənşəli amerikalılar təşkil edir.

Məhkumlar paklaşma, özü ilə barışma, səhvlərindən uzaqlaşma kimi mövzularda axtardıqları hər şeyi İslamiyyətdə tapdıqlarını söyləyirlər. Kimisi müsəlmanların ailə quruluşu, kimisi isə istimaiyyətdəki həmrəyliyindən bəhs edir.

  İslamın irqçiliyə qarşı duruşu da mühüm faktordur. Xüsusilə, bir sıra Afrika köklü məhkumlar müsəlmanların onları rəngləri və ya etnik mənşələrinə görə uzaqlaşdırmadıqlarını gördükləri üçün bu dini seçdiklərini bildirirlər.

  Xatırladaq ki, ABŞ həbsxanalarında müsəlman olmağı seçən çox sayda məşhur insan da var. Malkolm İks (Malcolm X), ağır çəki üzrə dünya boks çempionları Mayk Tayson (Mike Tyson), Bernard Hopkins, basketbolçu Demetriu Mitçeu (Demetriu Mitchell) və b. həbsxanada İslamı seçən məşhurlar arasındadır. 


ABŞ-da hər il 30-40 min məhkum İslamı qəbul edir - İSLAMIN CAZİBƏSİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ