EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.09.2019 13:15:26

İslam İnqilabı Lideri Ayətullah Seyid Əli Xamenei ABŞ-la müzakirələrlə bağlı danışıb.

İslamazeri.com "mehr" agentliyinə istinadənxəbər verir ki, bu gün səhər saatlarında özünün fiqh dərsində bəzi məsələlərə toxunan İslam İnqilabı Lideri Ayətullah Seyid Əli Xamenei ABŞ-la müzakirələrlə bağlı danışıb.

İslam İnqilabı rəhbəri ABŞ rəsmilərinin müzakirə mövzusundakı fərqli mövqelərinə işarə edərək "Onlar bəzən ön şərtsiz müzakirələrdən, bəzən də 12 bəndli müzakirələrdən bəhs edirlər. Bu cür açıqlamalar ya qarışıq siyasətlərindən, ya da qarşı tərəfin başını qarışdırmaq məqsədi güdən bir hiylədir. Əlbəttə ki, İran İslam Respublikasının başı qarışmayacaq, çünki yolumuz açıq və nə etdiyimizi gözəl bilirik."

ABŞ-ın müzakirələrdən ədalətlə həll yolu axtarmçaq istəmədiyini deyən Ayətullah Xamenei, onların öz istəklərini İrana yeritmək istədiyini bildirib.

İslam İnqilabı Rəhbəri, ABŞ rəsmilərinin İrana qarşı "təzyiq siyasəti"nin baş tutmadığını önə çəkərək "Onların müzakirələrinin hədəfi, hər kəsə "təzyiq siyasəti"nin işə yaradığı üçün İranlı rəsmilərin müzakirə etməmə qərarına baxmayaraq, müzakirə masasına gəlməyə məcbur olduqlarını, dolayısı ilə İranla bacarmağın tək yolun təzyiq olduğunu isbatlamaq istəyidir. Düşmən, təzyiqlərin İran üzərində təsirli olduğunu sübut edə bilirlərsə, İran və əziz xalqımız artıq rəfah üzü görə bilməyəcək, çünki bundan sonra Amerikanın təzyiq siyasəti gələcəkdir. Biz bunun əksinə "təzyiq siyasəti"nin heç bir dəyəri olmadığını sübut etməliyik.", -deyə bildirib.

Ayətullah Xamenei "İfadə etdiyim səbəblərə görə, İran prezidenti, Xarici İşlər naziri və digər yüksək rütbəli məsullar hamısı birlikdə ABŞ ilə nə iki tərəfli, nə də çox tərəfli müzakirə edilməyəcəyini elan etdilər.", -deyə əlavə edib.

"ABŞ sözünü geri götürüb tövbə etsə və pozduğu razılığa geri dönsə, o zaman digər tərəflər nüvə anlaşması mövzusunda aparılan görüşlərə qatıla bilərlər. Əks təqdirdə nə Nyu York, nə də başqa bir yerdə heç bir səviyyədə müzakirə olmayacaq.", -deyən Ayətullah Xamenei son 40 ildə ABŞ-ın planlarının ard-arda çökdürüldüyünü, bundan sonra da Allahın yardımı ilə onlara qalib gələcəklərini bildirib.


ABŞ bunu etməsə müzakirə olmayacaq - Ayətullah Xamenei

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ