EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.05.2019 02:08:23

Türkiyə televiziyasında maraqlı hadisə baş verib.

Türkiyə televiziyasında maraqlı hadisə baş verib.

İslamazeri.com ölkə.az-a istinadən bildirir ki, "ATV" kanalında Ramazan bayramı ilə əlaqədar yayımlanan Nihat Hatipoğlunun verilişində hollandiyalı bir qonaq Kəlimeyi-şəhadət gətirərək müsəlman olub.

Tamaşaçılar arasında olan Anna mikrofonu götürərək Hatipoğluna Hollandiyadan gəldiyini və müsəlman olmaq istədiyini deyib. Anası hollandiyalı, atası azərbaycanlı olan Annanın nişanlısı türkdür. O, "Annanın bu qərarına mənim təsirim yoxdur. Özü araşdırdı, müsəlman olmaq istədiyini dedi. Mən də sizin yanınıza gətirdim" deyib.

Hatipoğlu cütlüyü yanına çağırıb və "Aramıza xoş gəldin, bu istəyin məni çox xoşbəxt etdi" deyib. Anna Nihatın İslam barədə dediklərini dinlədikdən sonra "Dediklərinizə qatılıram və qəbul edirəm. Yaşadığım müddət ərzində bunlara diqqət edəcəm" deyib.

Azərbaycanlı Anna Hatipoğlunun köməyi ilə Kəlimeyi-şəhadət gətirərək müsəlman olub. Onun adı da bundan sonra Tuana olacaq.


Azərbaycanlı qız canlı yayımda Kəlimeyi-şəhadət gətirərək müsəlman oldu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkmənistan səfirliyindən Berdiməhəmmədovun ölüm xəbərinə - RƏSMİ MÜNASİBƏT
    Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun öldüyü ilə bağlı xəbərlərə münasibət bildirib.
     21.07.2019
    İraq həbsxanasında qalan azərbaycanlı uşaqların taleyi necə olacaq? - FOTO
    Uzun müddətdir ki, Bağdaddakı İŞİD qurbanı olan azərbaycanlı uşaqların taleyi barədə rəsmi məlumat yoxdur.
     21.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ