1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.06.2020 11:26:47

Eyni zamanda “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb.

"ASAN xidmət"dən APA-ya verilən məlumata görə, müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər. Qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Eyni zamanda “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunacaq.

Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 3 milyon 475 min SMS göndərilib ki, bunlardan da 774 mini, yəni 22 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.


8103 SMS icazə sistemində cavabın verilməsi müddəti uzadıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa qarşı  vaksinlər: Azərbaycana nə qədər doza gətirildi, ilk kimə tətbiq olunacaq?
    Azərbaycanda Çin istehsalı olan Sinovac vaksinindən istifadə ediləcək.
     16.01.2021
    Azərbaycanda restoran, kafe və çay evləri bu tarixdən fəaliyyətə başlayır
    Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilir.
     16.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ