Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.12.2021 12:44:46

Ümumilikdə, 2021-ci ilin 29 yanvar - 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsinin təmin edildiyi bildirilib.

Mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və soydaşlarımız üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 2021-ci ilin 20-27 dekabr tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən İslamazeri.com-a verilən xəbərə görə, sərhəd buraxılışlarının həyata keçirilməsi üçün Xarici İşlər, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasında xidməti ezamiyyətdə olublar.

Bildirilib ki, işçi heyətin üzvləri sərhədi keçmək üçün gözləyən 766 nəfər həmvətənimizi qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.

"Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 766 nəfərdən 728 şəxsin 2021-ci ilin 22-27 dekabr tarixlərində (6 sərhəd buraxılışı) Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının “Yaraq Qazmalar - Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib.

Ümumilikdə, 2021-ci ilin 29 yanvar - 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsi təmin edilib", - qeyd olunub.


728 nəfər azərbaycanlının Rusiyadan ölkəmizə keçidi təmin edilib - XİN

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev bir qrup hərbi qulluqçunu təltif edib - SİYAHI
    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
     25.06.2022
    Sabah 33 marşrut xəttinin hərəkət qrafiki dəyişəcək
    Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
     25.06.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ