EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:07.03.2019 23:05:36

"Lerik rayonundan kim 700 bal toplasa, ona xarici maşın hədiyyə edəcəyik."

"Lerik rayonundan kim 700 bal toplasa, ona xarici maşın hədiyyə edəcəyik."

İslamazeri.com xəbər verir ki, bu sözləri 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov Modern.az-a geniş müsahibəsində deyib.

Millət vəkili bildirib ki, Rusiyada, Bakıda olan iş adamları ilə Lerikdə 700 bal toplayan abituriyentlərə xarici maşın hədiyyə edilməsi üçün görüşlər keçirib:

“Onlardan xahiş etmişdim ki, Lerikdən 700 bal toplayan abituriyentə maşın hədiyyə edilsin. Bu gün də sözümün üstündəyəm. Bu maşın iş adamları tərəfindən hədiyyə ediləcək. Bu iş adamlarına mənim qardaşım da daxildir. Mənim deputatlığımın ikinci ilində 3 tələbə 600 bal topladı. Bir nəfər 660 balla Tibb Universitetinə daxil oldu. İş adamları ilə razılaşdıq ki, 650 bala qədər yığanlara kartlar açılsın. Onlara 6 ay müddətində hər ay 50 manat verilirdi. 650-dən 680 bal yığanlara isə 100 manat verilirdi. Semestrdə 4 dənə 4-ü var idisə, qalanları 5 idisə, bu pulların verilməsi yenə davam edirdi. Bunlar gənclərimizdə təhsilə marağı artırmaq üçündür. Bu gün 510 balı artıq stimul saymırıq. 2010-cu ildə isə bu, ən böyük stimul hesab olunurdu”.


700 bal toplayan şəxsə xarici maşın veriləcək - Deputat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran: ABŞ-ın hərbi gəmiləri tam nəzarətimizdədir!
    Sepah rəsmisi Fars körfəzi ilə bağlı danışıb.
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ