1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:21.09.2018 09:30:38

"Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi" birgə layihəsinin bağlanış mərasimi keçirilib.

Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) - NATO Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi" birgə layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov iştirak edib.

Virtualaz.org-un əməkdaşının verdiyi xəbərə görə, F.Ələsgərov bağlanış mərasimindəki çıxışında layihənin uğurla başa çatdırılmasında əməyi olmuş hər bir kəsi, xüsusilə ona hərtərəfli dəstək vermiş NATO rəsmilərini təbrik edib.

F.Ələsgərovun sözlərinə görə, bu yaxınlarda 20 illik yubileyi qeyd edilmiş ANAMA 1998-ci il iyulun 18-də Heydər Əliyevin Sərəncamı ilə yaradılıb, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi onun əsas vəzifəsi kimi müəyyən edilib.

“Fəaliyyət göstərdiyi 20 il ərzində Agentlik qarşısına qoyulmuş vəzifənin öhdəsindən uğurla gəlib, ümumilikdə 53 min hektardan çox ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib, bunun da nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıdıb”, - natiq vurğulayıb.

O, sözlərinə belə davam edib: “Hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir. Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. O, bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub.

ANAMA-nın NATO-nun Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığı xüsusi olaraq vurğulanmalıdır. İki təşkilatın 2005-ci ildən başlayaraq həyata keçirdiyi Saloğlu layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazi minalardan təmizlənib”.

“Digər uğurlu birgə layihə isə Ceyrançöl layihəsi olub. Keçmiş SSRİ-nin Qafqaz regionundakı qoşunlarının hərbi təlim poliqonu olmuş bu ərazidə xeyli miqdarda mina, tank və artilleriya mərmiləri, aviasiya bombaları və digər partlamamış hərbi sursatlar aşkarlanıb. Bu ərazi Azərbaycanda mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri idi.

2012-ci ildən başlayaraq 3 mərhələdə həyata keçirilmiş Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib. Layihənin maliyyələşdirilməsində Azərbaycan Hökuməti ilə yanaşı, bir sıra digər ölkələr donor qismində çıxış etmişlər. Fürsətdən istifadə edərək, layihədə iştirak etmiş bütün donor ölkələrə, eləcə də maliyyə vəsaitinin yığılması, donor ölkələrlə əlaqələndirilmənin aparılmasında göstərdiyi köməyə görə NATO-nun Dəstək və Təchizat Agentliyinə Azərbaycan Hökuməti adından dərin təşəkkürümü çatdırıram”, - F.Ələsgərov qeyd edib.

“Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır və bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir və buna görə də ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır.

Əminik ki, ANAMA-nın xarici partnyorlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək”, - Fuad Ələsgərov çıxışını belə bitirib.

İslamazeri.com


6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyaya sutka ərzində 2 minə yaxın qaçqın qayıdıb
    Ötən sutka ərzində Suriyaya 1938 qaçqın qayıdıb.
     09.12.2018
    Səudiyyə Ordusu Yəməndə balıqçıları hədəfə aldı; Dəhşətli görüntülər - VİDEO
    Səudiyyə və BƏƏ Ordularının Yəmən xalqına hücumları davam edir, bu dəfə yəmənli balıqçılar hədəfə alındı - hücumdan sonra dəhşətli görüntülər diqqət çəkdi...
     09.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ