1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:11.01.2021 12:31:17

Hesab edirəm ki, yaxın bir ay ərzində Vətən müharibəsindəki qələbəni bizə yaşadan şəhidlərimizin ailələri, qazilərimiz, əlillik qazanan hərbçilərimizin bütün növ sosial ödənişləri və təminatı təmin ediləcək.

İslamazeri.com xəbər verir ki, bunu yerli mediaya Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, bu günə kimi 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib:

“Sosial təminatın həyata keçirilməsi zamanı Vətən müharibəsi şəhidləri və qazilərin ailələrinə xüsusi diqqət ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları həmin ailələri mütəmadi olaraq ziyarət edir, problemləri ilə maraqlanırlar. HazırkI dövrə kimi 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib. Bundan əlavə 2000 şəhid ailəsi və müharibə əlilinin özünüməşğulluğu təmin edilib. Təqribən 2700 nəfərə sosial psixoloji və reabilitasiya xidmətləri göstərilib ki, bu xidmətlər də hazırda davam edir”.


2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ